Cəmİyyət

“Bu məsələyə ən üst səviyyədə etiraz edilməlidir” – 0 avroluq əskinaza Bakıdan sərt reaksiya

“Bu məsələyə ən üst səviyyədə etiraz edilməlidir” – 0 avroluq əskinaza Bakıdan sərt reaksiya


"Fransa və Almaniyadakı erməni diaspor təşkilatlarının Dağlıq Qarabağdakı separatçı rejimin reklamı məqsədilə 0 avroluq əskinası satışa çıxarmaq cəhdləri Parislə Berlinin ədalətsiz mövqeyinin nümayişidir”.

 

 

Bu sözləri Sfera.az-a açıqlamasında Fransa və Almaniyada yaşayan erməni diasporasının Dağlıq Qarabağdakı separatçı rejimin reklamı məqsədilə 0 avroluq əskinası satışa çıxaracaqları barədə verilən məlumata münasibət bildirərkən Milli Məclisin deputatı Elman Məmmədov deyib:

 

"Avropadakı bu ölkələrin təmsil olunduğu rəhbər şəxsləri, səfir və siyasətçiləri bütün sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları və ona hörmətlə yanaşdıqlarını bəyan etdikləri halda, həmin bəyanatdan sonra separatçı qüvvələrə, erməni terror təşkilatlarına öz ərazilərində yer verir, onları müdafiə edir, separatçı cinayətkar qurum nümayəndələrinə viza verib ölkələrinə dəvət edir, onlara şərait yaradırsa, separatçı rejimi reklam edən əskinas buraxırlarsa, bütün bunlar Azərbaycanın ərazi bütövlüyünə təcavüz, təhdid kimi qiymətləndirilməlidir. Fikrimcə, bu məsələ ilə bağlı Azərbayan dövləti ən yüksək səviyyədə etirazını bildirəcək. Özümüz də bir vətəndaş olaraq nəticə çıxarmalıyıq ki, dünyanın ədalətsizliyə yol verən qüvvələri ermənilər tərəfində Azərbaycanın üzərinə gəlir”.

 

Belə bir vəziyyətdə deputat ölkə vətəndaşlarını daha güclü birliyə dəvət edib: "Belə olan halda Azərbaycanımızı qoruyub saxlamaq, ərazi bütövlüyümüzü bərpa etmək üçün kimliyindən asılı olmayaraq hər bir azərbaycanlı güclü birlik nümayiş etdirməlidir. Bu yaxınlarda ABŞ-da anoloji ədalətsizliyin şahidi olduq. Almaniya və Fransanın iş adamları qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərir, ermənilərə havadarlıq edirlər. Bunlar hamısı ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar niyyətlərdir. Çalışmalıyıq ki, daha da güclənib gücümüzü göstərməklə torpaqlarımızı işğaldan azad edək və belədə onların hamısının bu hərəkətinə görə yeri gələndə cəsarətlə üzünə tüpürməyi bacaraq”.

 

 

Elçin

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930