Gündəm

Bu mənzil sahiblərini sevindirən bir fərmandır- ekspert

Bu mənzil sahiblərini sevindirən bir fərmandır- ekspert
"Bu fərmanla vətəndaşların mülkiyyət hüquqlarının qorunduğu bir daha təsdiqini tapdı. Bütün hallarda verilən fərmandan irəli gələn nəticə ondan ibarətdir ki, yaşadıqları mənzillərdə ümidsiz yaşayan vətəndaşlarımızın artıq hamısı mülkiyyət sənədlərilə təmin olunacaqlar. Bu mənada verilən fərman onların mülkiyyət hüquqlarının qorunması baxımından mühüm sənəddir”  
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına münasibət bildirərkən Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadə deyib: 

"Dünənə qədər əhalinin mühüm bir hissəsi evlərinin sənədsiz olmasından əziyyət çəkirdi. Hər bir mənzil üçün mülkiyyət sənədinin olması çox vacib amildir. Çünki vətəndaş ancaq mülkiyyət sənədini əldə etdikdən sonra ondan istədiyi kimi istifadə edə bilər, onu banka girov qoya, alqı-satqı əməliyyatı və ya digər hər hansısa bir başqa əməliyyat apara bilər. Ümumiyyətlə mülkiyyət sənədi vətəndaş üçün yaşadığı mənzilin məhz onun öz mülkiyyətinə aid olduğunu təsdiqləyən yeganə sənəddir. Sözügedən fərman verilənə qədər isə müqavilə əsasında yaşayan sakinlər mənzilə digər sahiblərin də çıxa biləcəyi qorxusu altında  yaşayırdılar. İndi isə mülkiyyət sənədi olduğundan bu problem də olmayacaq. Çünki çıxarış o deməkdir ki, mənzil artıq dövlət reyestrindən keçir və vətəndaş tam əminlikdə yaşayır. Reyestrdə də bir nömrə qeyd olunur, orada ikinci eyni nömrənin təkrar olunması mümkün deyil. Bu mənada prezidentin verdiyi həmin fərman bütün ölkə vətəndaşlarının arzularının gerçəkləşdiyi bir məqamdır. Çıxarışın alınması vergi toplanması sahəsində də böyük rol oynayacaq. Dünənə qədər əmlak vergisi müqavilə ilə təsdiq olunurdu. Ancaq çıxarış olandan sonra vətəndaş öz milkiyyətinin əmlak vergisini verməkdən elə də yayınmayacaq, əksinə, sevinə-sevinə həmin vergini verəcək. Vətəndaşın sahib olduğu mənzil onun xüsusi mülkiyyətində olduqdan sonra o həm əmlak vergisinin verilməsi, həm də sığorta hadisəsində sevinə-sevinə iştirak edəcək. "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanla bütün bunlar tam şəkildə tənzimlənir. Ona görə də sözügedən fərman gözlənilən olmaqla yanaşı, vaxtında verilən bir fərmandır. 
Burada Fövqəladə Hallar Nazirliyilə bağlı bir məsələ var ki, sözügedən qurum həmin binalara çıxarışla təmin olunmaq üçün müsbət rəy verməlidir. Bakıda bəzi binalar var ki, 14 mərtəbəli olması nəzərdə tutulsa da, 16 mərtəbə tikilib.  Bəzilərində nəzərdə tutulan texniki şərtlərdən müəyyən kənara çıxmalar da baş verib. Bu kimi çatışmamazlıqların aradan qaldırılması ilə onların da müəyyən müddətdən sonra istismara qəbulu gözlənilir.  
Növbəti gözləntimiz isə hələ də qeydiyyatsız olaraq qalan fərdi yaşayış evlərinin sənədləşməsi məsələsidir ki, çox güman yaxın zamanda bu məsələ də öz həllini tapacaq. Onların da sənədləşmə məqamı gəlib çatıb. Güman edirəm ki, növbəti mərhələdə bu məsələ də öz həllini tapacaq.  Bununla vətəndaşların mülkiyyət hüquqlarının qorunduğu bir daha təsdiqini tapdı. Bütün hallarda verilən fərmandan irəli gələn nəticə ondan ibarətdir ki, yaşadıqları mənzillərdə ümidsiz yaşayan vətəndaşlarımızın artıq hamısı mülkiyyət sənədlərilə təmin olunacaqlar. Bu mənada verilən fərman onların mülkiyyət hüquqlarının qorunması baxımından mühüm sənəddir”.  

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb. Bu fərmanla 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi proseduru sadələşdirilir. 

ELÇİN

XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031