\"Bu məktəb direktorları üçün yeni rüşvət mənbəyidir\" - Ekspertdən sərt AÇIQLAMA

\
"Ali məktəblərə qəbul prosesi zamanı 200-300 bal toplayan "qızıl medal"lılar açıq-aşkar həmin medalı korrupsiya yolu ilə əldə ediblər. 140 bal toplayan medallı abituriyent sinifdə qalmalı, attestat almamalı olduğu halda belələrinin qızıl medala layiq görülməsi sırf cinayətdir”.
 
Sfera.az-a açıqlamasında bu sözləri orta məktəbi qızıl medalla bitirənlərin ali məktəblərə imtahansız, sadəcə yalnız bir ixtisas fənni üzrə imtahan verməklə qəbul oluna biləcəkləri ilə bağlı qanun layihəsinə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib.
 
Onun sözlərinə görə, belə bir qanun layihəsinin qəbul edilməsi məktəblərdə yeni rüşvət elementinin "çiçəklənməsinə” rəvac verəcək:
 
"İlk növbədə qeyd edim ki, orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75% əla qiymətlərlə bitirməlidir. Onun tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75% "əla" olmalı, fənlərdən illik qiymətləri "əla" almalıdır. Etiraf edək ki, bu prosedurun keçilməsi bir çox hallarda şəffaf olmur. Belə ki, məktəb direktorunun bu məsələyə yaxından müdaxiləsi, şəxsi marağı qaçılmaz olur. Hesab edirəm ki, "Ümumi təhsil haqqında” qanun layihəsinin 13-cü maddəsində qeyd edilən, orta təhsili qızıl medalla başa vuran məzunlara imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunma hüququnun verilməsi təhsil şöbələrinə, məktəb direktorlarına yeni rüşvət alma yolunu açmış olacaq. Burda şəffaflığın təmin olunması çətin məsələdir. Çünki hazırda 4500 orta məktəbdə baş verən hadisələrə təhsilə nəzarət edən qurumun müdaxiləsi, təsiri yox səviyyəsindədir. Bu mənada da orta məktəbi qızıl medalla başa vuranların birbaşa ali məktəblərə qəbul olunması doğru deyil. Bunu qızıl medal alanların ali məktəblərə keçirilən imtahlarındakı nəticələri də təsdiq edir.
 
Əgər respublika və beynəlxalq olimpiyadaların qaliblərinin nəticələrinə baxsaq, daha fərqli mənzərə görərik. Onların qəbul imtahanlarında nəticələri daha yüksəkdir. Amma qızıl medal alanların nəticələri yüksək deyil. Məsələn, 2012-2013-cü tədris ilində 248 medalçıdan 3 nəfəri (1%) 700 bal,145 nəfəri (58%) 600-699 bal,49 nəfəri (20%) 500-599 bal,22 nəfəri (9%) 400-499 bal,12 nəfəri (5%) 200-399 bal,1 nəfəri 140 bal toplayıb.16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb. Göründüyü kimi, 248 medalçıdan yalnız 3-ü- yəni 700 bal toplayanlar qızıl medala tam layiqdir. 685-700 arası bal yığanları da qızıl medala layiq saymaq olar. Ancaq 600-dən aşağı bal toplayanlara heç vəchlə qızıl medal vermək olmaz. Onlara heç gümüş medal da düşmür. 200-300 bal toplayan "qızıl medal"lılar isə açıq-aşkar həmin medalı korrupsiya yolu ilə əldə ediblər. 140 bal toplayan medallı abituriyentin sinifdə qalmalı, attestat almamalı olduğu halda qızıl medala layiq görülməsi sırf cinayətdir. 2012-2016-cı illərdə qızıl medal alan şagirdlərin sayına diqqət etsək, azalma olduğunu müşahidə edərik. 2012-2013-cü illərdə 238 şagird qızıl medala layiq görüldüyü halda, 2014-2015-ci ildə bu göstərici 131-ə enib. İndiyə kimi ümumilikdə 960 şagird orta məktəbi medalla başa vurub. Onlardan 839-u qızıl medal alıb. Təəssüf ki, bu qədər qızıl medal alanlar arasında kifayət qədər aşağı bal toplayanlar var. Bu onu göstərir ki, qızıl medalların verilməsi zamanı ciddi qanun pozuntuları, neqativ hallar var. Hazırda ölkə vətəndaşlarının yalnız 17 faizi ali təhsillidir. Bu aşağı göstəricidir və onun artırılması vacibdir. Amma bu o demək deyil ki, biz bütün üsulları tətbiq etməklə, qızıl medal alanların üzünə ali məktəb qapılarını imtahan vermədən açmaqla insanları ali təhsilə cəlb etməliyik. Bu belə olmamalıdır. Çünki belə vəziyyətdə keyfiyyət ciddi şəkildə aşağı düşəcək”.
 
Qeyd edək ki, Milli Məclisdə hazırlanan yeni "Ümumi təhsil haqqında” qanun layihəsinə görə, orta məktəbi qızıl medalla bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarından azad olunacaqlar. Belə ki, qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar.
 
ELÇİN
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...