Bu məhsullar testosteronun səviyyəsini qaldırır

Bu məhsullar testosteronun səviyyəsini qaldırır

İspaniyalı diyetoloq Enkarni Peres möhkəm əzələ kütləsi üçün vacib olan testosteronun səviyyəsini qaldırmağa kömək edən məshulları açıqlayıb.

Sfera.az  "qafqazinfo"-ya istinadən xəbər verir ki, həkim-diyetoloq Enkarni Peres qida rasionuna sarımsaq, avokado, qoz və brokolini daxil etməyi məsləhət görüb. O, xüsusilə ilə yumurtanı qeyd edib. Diyetoloq bu məhsulu gündəlik olaraq yeməyi tövsiyə edib.

Ekspertin sözlərinə görə, orqanizmdə testosteronun normal səviyyədə olması diqqətin konsentrəsi, yaddaşın yaxşı keyfiyyəti və ürək funksiyaları üçün vacibdir. O, yorğunluğu azaldır, anemiya, osteoporoz, ikinci tip diabet, ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir. Bundan başqa, o, əzələ kütləsinin böyüməsi üçün əsas amillərdən biridir.


OXŞAR XƏBƏRLƏR