Cəmİyyət

Bu marşrut xəttinin gediş haqqı artdı – SƏBƏB

Bu marşrut xəttinin gediş haqqı artdı – SƏBƏB
125 nömrəli marşrut xəttində gediş haqqı artırılıb.

Sfera.az-ın xəbərinə görə bu haqda sosial mediada xəbər paylaşılıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məsələyə münasibət bildirirək qeyd edib ki, hər bir marşrut xətti üzrə Tarif Şurasının müəyyənləşdirdiyi qiymət var: 

"Heç kim bu qiymətdən artıq, ya əskik ödəniş edə bilməz. Sürücü müəyyən olunmuş məbləğdən artıq vəsait qəbul edirsə, bu artıq inzibati xəta deməkdir və buna görə cərimə sanksiyası var. Düzdür, Bakı Nəqliyyat Agentliyi cərimələmək mexanizimlərinə malik deyil. Lakin məlumat daha detallı verilərsə,  həmin sürücü müəyyənləşdiriləcək və daşıyıcıdan bununla bağlı tədbir görülməsi tələb ediləcək. Bu cür hallar olur və sərnişinlərimiz BNA-ya müraciət edirlər. Biz də öz növbəmizdə daşıyıcıdan tələb edirik ki, analoji halın təkrarlanmaması üçün zəruri tədbir görsün. 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslarda bir kilometr yolu 25 qəpiyə getməyə gəlincə isə bildirim ki, bunun belə olmaması üçün avtobuslara əlavə validator yəni kart oxuma aparatları qoyulmalıdır. Lakin bu aparatların quraşdırılması bahalı olduğundan iqtisadi baxımdan səmərəli hesab olunmur. Lakin hazırda bu cür mübahisəli məsələlərin də üzərində də iş aparılmaqdadır”.

Nigar Məhərrəm
Sfera.az

XƏBƏR LENTİ