Bu malları ölkəyə gətirmək qadağandır – VİDEO

Bu malları ölkəyə gətirmək qadağandır – VİDEO
Elektron ticarət son illər Azərbaycanda da geniş yayılıb. Amma bir çox alıcı və sifarişçi alış-veriş saytlarından istifadədə çətinlik çəkir. Əksəriyyət həmin saytlardan istidadə qaydalarını bilmir.

Cayhun Babayev – Blogger: "Saytlarda həmin məhsullar haqqında məlumat olur, girib baxmırlar”.

Bundan əlavə vətəndaşlar sifariş etdikləri malın hansı ölkədən göndəriləcəyi ilə bağlı da məlumatları dəqiqləşdirməlidir. Eyni zamanda gömrükdə problemlə qarşılaşmamaq üçün hesab fakturası da tələb olunmalıdır.

Fərid Pərdəşünas – Ekspert: "Hesab faktura olmasa, gömrük əməkdaşı o məhsulun qiymətini müəyən edə bilmir. Bu da vaxt itkisidir”.

Şəxsi istifadə və biznes məqsədi ilə ölkəyə gətirilən mallara görə ödənilən vergi və rüsumlar da fərqlidir. Dəyəri 1000 manata qədər olan məhsulların sifarişi zamanı bu şəxsi istifadə hesab edilir və sifarişçi yüksək məbləğli ödənişlərdən azad olunur. Amma ekspertlər burada boşluğun olduğunu düşünürlər.

Fərid Pərdəşünas - Ekspert: "Kimsə 5-6 tanışının adına telefon sifariş verir. Maya dəyəri 1000 dollar olmadığından vergiyə cəlb edilmir. Amma o telefonlar şəxsi adı ilə gəlsə də, sonda satışa çıxarılır”.

Məsələnin digər tərəfi ölkəyə gətirilməsi qadağan edilən mal və məhsullarla bağlıdır. Amma vətəndaşların çoxu həmin qadağan edilən materiallardan xəbərsizdir.


Bunun üçün DGK və Azərpoçtun rəsmi səhifələrində qadağan olunmuş məhsulların siyahısı var ki, ora baxmaqla öz məhsullarının qadağan olunub-olunmadığını bilə bilərlər.

Ölkəyə gətirilməsinə icazə verilməyən və cinayət tərkibi yaratmayan istənilən mal və material sahibi tərəfindən geri göndərilə bilər. Cinayət tərkibi yaradan malları sifariş edib ölkəyə gətiməyə çalışanlar barədə isə hüquqi ölçü götürülür.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...

Keniyanın müdafiə naziri helikopter qəzasında öldü

Keniyadakı respublikanın müdafiə qüvvələrinin başçısı Frensis Oqollanın olduğu hərbi helikopter qəzaya uğrayıb.   İnsident Qərbi Pokot və Elgeyo-Mara...