Cəmİyyət

Bu mallar rüsumdan azad edildi

Bu mallar rüsumdan azad edildi
2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə bağlı malların idxalı gömrük rüsumlarından azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev bu gün "Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sənədlə Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təsdiqedici sənəd əldə edən həmin oyunlarda iştirak edən və ya oyunların təşkilinə və ya keçirilməsinə cəlb olunmuş şəxslər tərəfindən həmin oyunlarla bağlı malların idxalı gömrük rüsumundan azad edilib.

Bu qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədədir.

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031