Bu ölkənin birinci xanımı az qala yanacaqdı - FOTO
Dünya
18:55 / 12.04.2019
5473
Avropa Komissiyasının sədri Jan Klod Yunker Ruanda soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimində az qala ölkənin birinci xanımı Janet Kaqameyə od vururdu.
Hadisə Ruanda soyqırımında həyatını itirən 800 min nəfər üçün "anım işığı"nın yandırılması zamanı baş verib. Heyət məşəli yandırdıqdan sonra geri çəkilən zaman J.K.Yunker bilmədən yana dönərək əlindəki məşəli birinci xanımın üzünə yaxınlaşdırıb. Oradakı məsul şəxs J.K. Yunkerə müdaxilə edib, birinci xanım üzünə təhlükəli dərəcədə yaxınlaşan alovlardan son anda xilas olub.