Bu, ölkədən kənara həm maliyyə axını, həm də beyin axını ilə müşahidə oluna bilər - Ekspert HƏYACAN TƏBİLİ çaldı

Bu, ölkədən kənara həm maliyyə axını, həm də beyin axını ilə müşahidə oluna bilər - Ekspert HƏYACAN TƏBİLİ çaldı
"Təhsil haqlarının artırılmasına əsasən ölkədə baş vermiş 2 devalvasiya və enerji daşıyıcılarının qiymətlərinin artırılması təsir göstərir"

Bu sözləri Sfera.az-a təhsil haqqlarının artmasından danışarkən təhsil üzrə ekspert Kamran Əsədov deyib.
 
 
Ekspertin fikrincə, dövlət universitetləri dövlət büdcəsinin vəsaiti hesabına böyük məbləğdə pul dotasiyaları alırlar:
"Dünya təcrübəsində universitetin dövlət büdcəsinin vəsaiti hesabına saxlanılması təcrübəsi yoxdur. Bu büdcəni daima əlavə xərc yükündə saxlayır. Ona görə də, ölkə başçısı cənab prezident bu ildən etibarən bir sıra büdcədən maliyyələşən universitetlərə publik hüquqi şəxs statusu verdi ki, özləri göstərdikləri xidmətə görə maliyyələşdirilməsini həyata keçirsinlər. BDU-da bu tədris ilindən etibarən bütün fakültələr üzrə 100-500 manat arası təhsil haqları artırılıb. Bundan başqa, Xəzər Universitetində təhsil haqları 4500-5000 manat, Azərbaycan Universitetində 3000 manat müəyyən olunub ki, bu da keçən illə müqayisədə qalxıb.  Amma Qərb, Kooperasiya, Odlar Yurdu universitetində təhsil haqqları aşağı düşüb. Bu da onunla əlaqədardır ki, keçən il bu universitetlər plan yerlərini çox aşağı səviyyədə doldura bilmişdilər. Təhsil haqqlarının artırılması abituriyentləri təhsil haqqları aşağı olan universitetlərə meyl etməyə məcbur edəcək ki, yenidən həmən təhsil haqqları yüksək olan universitetlərə qəbulla bağlı problemlər yarana bilər. Çünki keçid balı toplayan abituriyentlərin sayı qəbul plan yerlərindən azdır". 

Ekspert qeyd edib ki, yüksək qiymətlə aşağı səviyyədə təhsil almaqdansa, ucuz qiymətə qardaş Türkiyədə daha keyfiyyətli təhsilə meyl edə bilərlər: 
"Bu da ölkədən kənara həm maliyyə axını, həm də ki, beyin axını ilə müşahidə oluna bilər. Əslində isə,  bu da universitetin  publik hüquqi şəxs elan etməyin Azərbaycan variantı .İnkişaf etmiş ölkələrdə universitetin  qazancının böyük qismini universitetin elmi fəaliyyətinin nəticəsində əldə edilmiş pullar təşkil edir . Necə ki, bizdə təhsil elmə çevrilməyib qazanc yeri yenə də millətin belindən, zəhmətkeş fəhlənin, kəndlinin əlinin qabarından çıxacaq. Öyrəşmişik ki,əziyyətsiz qazanc əldə edək. Bir başınızı işlədin yeni gəlir mənbələri axtarın "rasxod" çıxarmağın yolu ancaq millətdir".

Azər Salam
Sfera.az

OXŞAR XƏBƏRLƏR

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTOLAR

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...