Dünya

Bu ölkədə qumar biznesinin dövriyyəsi 4,6 mlrd. dolları ötüb

Bu ölkədə qumar biznesinin dövriyyəsi 4,6 mlrd. dolları ötüb
 

Ötən il ərzində Gürcüstanda qumar biznesinin dövriyyəsi 13,806 mlrd. lari (təxminən 4,6 mlrd. ABŞ dolları) təşkil edib.

Sfera.az-ın APA-ya istinadla verdiyi məlumata görə,  2017-ci ildə qumar biznesinin dövriyyəsi 5,060 mlrd. lariyə (1,7 mlrd. dollar) bərabər olub. Göründüyü kimi, ötən il Gürcüstanda qumar biznesinin dövriyyəsi əvvəlki ilə nisbətən 2,7 dəfə artıb.

Məlumatda bildirilib ki, son 10 ildə qumar biznesinin gəlirləri 200 dəfə artıb. Ötən il bu ölkədə biznes sektorunun ümumi dövriyyəsi 86,6 mlrd. lari (29,2 mlrd. dollar) təşkil edib ki, bunun da təxminən 16%-i qumar sektorunun payına düşüb.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031