Bu ölkədə qadınlara boşanma xəbəri mesajla bildiriləcək
16:27 / 07.01.2019
2787
Səudiyyə Ərəbistanı məhkəmələri qadınlara boşanmaları ilə bağlı qərarı mesajla göndərəcəklər. Bazar günü qüvvəyə minən yeni qanunu məhkəmə rəsmiləri açıqlayıb. Ədliyyə Nazirliyinin təsdiq etdiyi yeni tədbirlər planına görə, artıq kişilər xanımlarını gizlincə boşaya bilməyəcək. Ədliyyə Nazirliyinin "Əl-Əxbariyyə" dövlət kanalına verdiyi məlumatda deyilir: "Qadınlar boşanmaları barədə mesaj vasitəsilə məlumat alacaqlar. Onlara nikah statusuna dair hər hansı dəyişiklik barədə məlumat veriləcək".