Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Aparılan təmir işləri ilə əlaqədar olaraq Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən (Əhmədli metrostansiyası) Babək prospektinədək olan istiqamətində 24 fevral tarixindən etibarən nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sfera.az-a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

"Sürücülərə həmin istiqamət üzrə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Küçənin digər istiqamət üzrə, yəni Babək prospektindən Əhmədli metrostansiyasına doğru olan hissəsində isə hər-hansı bir məhdudiyyət tətbiq edilməyəcək”, - deyə məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR