Cəmİyyət

Bu ixtisasları seçənlər 350 manat təqaüd alacaqlar

Bu ixtisasları seçənlər 350 manat təqaüd alacaqlar
 

"Aqrar sahə üzrə mütəxəssis hazırlığı prosesinin stimullaşdırılması bu il də davam etdiriləcək”.

Sfera.az xəbər verir ki, bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib. 

O qeyd edib ki, qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 100 manat, 500 və daha çox bal toplayanlara isə 200 manat əlavə təqaüd veriləcək. "Eyni zamanda ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 70 manat, imtahan sessiayaları zamanı 6 fənndən maksimum nəticə göstərmiş tələbələrə isə 100 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur”. 

Vüqar Hüseynov əlavə edib ki, aqrar sahənin bilikli, bacarıqlı kadrlarla təmin edilməsi Azərbaycan Dövlət Aqrar Universitetin qarşısında duran əsas vəzifədir: 

"Stimullaşdırma tədbirləri, ölkədə kənd təsərrüfatının sürətli inkişafı abituriyentlərin aqraryönümlü fakultələrə marağını daha da artırır. Ölkədə aqrar sahənin mütəxəssislərinə ehtiyac çoxdur. Qəbul imtahanlarında 500 və daha yüksək bal toplamış abituriyent ADAU-nun kənd təsərrüfatı ixtisaslarını seçərsə, ayda təxminən 350 manata yaxın təqaüd almış olur. 

Universitetin 4 ulduz təsnifatına uyğun, hər cür şəraitə malik yataqxanasında qalacaq, ayda 350 manata yaxın təqaüd alacaq tələbə həm yüksək ali təhsil almış olur, həm ailə büdcəsinə qənaət edir, həm də əmək bazarında böyük tələbat olan, yüksək maaşlı işlə təmin olunmağa qarantiya verən ixtisasa yiyələnir”.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031