Bu ixtisaslar üzrə təhsil xərcləri 29 faiz artırıldı

Bu ixtisaslar üzrə təhsil xərcləri 29 faiz artırıldı
 

Sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində fizika, biologiya, kimya, kimya və biologiya müəllimliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 29 faizə qədər artırılıb.

Sfera.az bildirir ki,  bu, Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında əksini tapıb.

Başqa sözlə, bu ixtisaslar üzrə təhsilalanlara düşən təhsil xərci 1320 manatdan 1850 manata qaldırılıb.

Azərbaycan dili və ədəbiyyatı, dil və ədəbiyyat (dillər üzrə), xarici dil (dillər üzrə), riyaziyyat və informatika, riyaziyyat, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə), texnologiya, musiqi, tarix, tarix və coğrafiya, coğrafiya, informatika, təsviri incəsənət, ibtidai sinif, korreksiyaedici, məktəbəqədər təlim və tərbiyə, təhsildə sosial-psixoloji xidmət və rəqs müəllimliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 23 faizə qədər artırılaraq 1320 manatdan 1710 manata qaldırılıb.

Filologiya (dil və ədəbiyyat göstərilməklə), fəlsəfə, tərcümə (dillər üzrə), jurnalistika və kitabşünaslıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci də 23 faizə qədər artırılaraq 1620 manatdan 2100 manata çatdırılıb. (APA)


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...