“Bu ixtisas üzrə hətta 156 balla qəbul baş tutub” – Təhsil eksperti son dəyişiklikləri dəyərləndirdi

“Bu ixtisas üzrə hətta 156 balla qəbul baş tutub” – Təhsil eksperti son dəyişiklikləri dəyərləndirdi
"Bu addımın atılması ilə "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq” ixtisasları üzrə formalaşan mənfi imic aradan qaldırılacaq və daha yüksək ixtisaslı kadrlar yetişəcək”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında tələbə qəbulu qaydalarına edilən dəyişikliklə II ixtisas qrupunda "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq” ixtisaslarının ləğvini şərh edərkən, təhsil eksperti Kamran Əsədov deyib:

"6 ildən çoxdur deyirdik ki, II ixtisas qrupu üzrə "beynəlxalq münasibətlər” və "regionşünaslıq” ixtisasları öz əhəmiyyətini itirib. 2010-cu ildə edilən dəyişikliklə bu iki ixtisas hər hansı bir əsaslandırma olmadan II qrupa salındı. 2009-cu ilə qədər həmin ixtisaslara qəbul balı aşağısı 500-ün üzərində idi və III ixtisas qrupunda ən perspektivli ixtisas sayılırdı. Ancaq dəyişikdən sonra həmin qrupa qəbul ən aşağı səviyyəyə endi. Bakı Dövlət Universitetinin regionşünaslıq ixtisasına hətta 156 balla qəbul baş verib. Bu qədər az bal toplayan diplomatiki sahədə mütəxəssis kimi yetişə bilməz. Eyni zamanda, bu ixtisaslar II ixtisas qrupunda boş qalırdı. Bu iki ixtisas III qrupa keçirilməli idi. Çünki I və III qrupda plan yeri az, abituriyentlərin sayı isə çoxdur. II qrupa abituriyentlər ona görə az maraq göstərir ki, orada coğrafiya fənni var”.
 
Həmsöhbətimiz sözügedən iki ixtisasın III qrupa keçməsini məqbul saysa da, coğrafiya müəllimlərinin bu fənni III istisas qrupuna daxil etmək tələblərini absurd yanaşma kimi xarakterizə etdi:
 
"Hazırda III qrupda qəbul imtahanına coğrafiya fənninin əlavə edilib-edilməməsilə bağlı mübahisə yaranıb. Beynəlxalq münasibətlər və regionşünaslıqda təhsil alanlar coğrafiyaşünaslar deyil. Buna baxmayaraq, coğrafiya müəllimləri özlərinin repetitor maraqlarından çıxış edərək, III qrupu bu fənnin də salınmasını istəyir. Bu iki istisasa görə nədən 22 min abituriyent coğrafiya fənninə də hazırlaşmalıdır?”
 
Ekspert təhsilimizin repetitorluğa məğlub olması, ondan asılı hala düşməsindən narahatlığını da diqqətə çatdırdı: "Təhsil sistemini repetitorlardan azad etməliyik. Onların qərar və addımları təhsil sistemini müəyyənləşdirir. Ölkədə kadrları repetitorlar yetişdirirsə, bütün məktəbləri bağlayaq. Belə olan halda təhsilə 4 milyard manat ayırmağa da ehtiyac olmayacaq”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....