Cəmİyyət

Bu il inşa ediləcək modul tipli məktəblərin sayı açıqlandı

Bu il inşa ediləcək modul tipli məktəblərin sayı açıqlandı
"Qlobal problemlərin həll edilməsi cəmiyyətdə formalaşan şəxsiyyətlərdən çox asılıdır. Yüksək mədəni şəxsiyyətin formalaşması üçün milli bəşəri dəyərlər yaxşı təhsil vasitəsilə verilə bilər".

Sfera.az azedu.az-a istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitində çıxışında deyib.

F.Qurbanov qeyd edib ki, Azərbaycanda 5 il ərzində təhsil sahəsində mühüm nailiyyətlər əldə edilib: "Təhsil sistemində islahatlar nəticəsində 15 yaşdan yuxarı əhali arasında savadlılıq səviyyəsi, ibtidai təhsilə nail olma, ibtidai təhsili başa vurma səviyyəsi demək olar ki 100 faizə çatdırılıb. Təhsilin kefiyyətinə təsir edən ən vacib amillərdən biri erkən yaş inkişafı ilə bağlıdır. Təhsil Nazirliyi bunu anlayır və bu istiqamətdə müxtəlif addımlar atır".

O əlavə edib ki, ölkədə cari ilin sonunadək  250-dək modul tipli məktəbin tikilməsi başa çatdırılacaq.

Nazir müavini qeyd edib ki, ali təhsilə qəbul onların sayı 2013-cü ildəki 145 mindən artaraq 162 minə, ali təhsilin bakalavr pilləsindən magistr pilləsinə qəbul olanların sayı 2013-cü ildəki 35 mindən artaraq 44 minə çatıb: "İndi təhsildə qızların sayı da çoxalıb. Müəllimlərin 82 faizi, tələbələrin isə 46 faizi qadındır. Bu gün əsas məqsədimiz  universitetlərdə tələbələrin startap hərəkatlarına töhfə vermək, iş yerlərini yaratmaq psixologiyasını formalaşdırmaqdır.  Məncə, təhsilin transformasiyası sosial-mədəni potensial xarakteri  alıb. Ümid edirəm ki, bu sammitdə qəbul edilən təklif və  tövsiyələr hamı üçün faydalı olacaq", - deyə nazir müavini əlavə edib.
AdRiver
loading...

XƏBƏR LENTİ