Bu il Ermənistanda qış çox sərt keçəcək - Rusiyadan böyük ZƏRBƏ

Bu il Ermənistanda qış çox sərt keçəcək - Rusiyadan böyük ZƏRBƏ
Xəbər verdiyimiz kimi Rusiya Erməistana satdığı qazın qiymətini gələn il yanvarın birindən 50% qaldırır. İki ölkə arasında bu ilin aprel ayından etibarən davam edən gərginlik daha da artmaqda davam edir. Erməni mətbuatı bunu Rusiyanın təzyiqi kimi qiymətləndirib.
 
Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli də bu düşüncədədir. Onun sözlərinə görə Rusiyanın bu addımı atmasının bir neçə səbəbi ola bilər:
 
"Rusiyanın Avropaya qaz satışının həcmi kifayət qədər azalıb. Amerikanın sıxılmış qaz satışına başlaması və digər ölkələrin də Avropa bazarına çıxış əldə etməsi Rusiyanı ətraf bazarlarda aqressiv davranmağa sövq edir. Beləliklə Rusiya ondan asılı olan ölkələrə daha baha qaz satmağı düşünür və bu yolda Ermənistanla yanaşı Belorusiyaya da qarşı eyni addım atılır.
 
N.Cəfərli bildirib ki, qaz məsələsindən Rusiya həmişə təzyiq vasitəsi kimi istifadə edib. Son qiymət artımı da çox ehtimal növbəti analoji addımdır. Qiymət artımı Ermənistanda iqtisadi vəziyyəti daha da gərginləşdirəcək:
 
"Bu nəticə olaraq Ermənistanda qiymət artımının sürətlənməsinə səbəb olacaq. Sənaye məhsullarının isthsalında, qazdan istifadə olunan sahələrdə qiymət artımına səbəb olacaq. Bu da Ermənistanda iqtisadi vəziyyətin gərginləşdirməsinə gətirib çıxaracaq. Rusiynın atdığı addım ona hesablanıb ki, Ermənistanda iqtisadi vəziyyətin gərginləşdirilməsi yoluyla yeni Ermənistan hökumətinə təzyiqlərin artırılması və bu yolla istəklərinin qəbul etdrilməsinə nail olsunlar”.
 



OXŞAR XƏBƏRLƏR