Bu il ən çox tərəvəzlər bahalaşıb – Müqayisəli qiymətlər

Bu il ən çox tərəvəzlər bahalaşıb – Müqayisəli qiymətlər
2021-ci ildə ərzaq məhsulları arasında ən yüksək bahalaşma tərəvəz məhsullarında müşahidə edilir. Tərəvəz məhsullarının qiyməti bu ilin avqustunda ötən ilin avqustuna nisbətən 29,1 faiz yüksəlib ki, bu da ərzaq məhsullarındakı bahalaşma sürətindən 3,73 dəfə böyükdür. Bu ilin avqustunda ərzaq mallarında bahalaşma 7,8 faiz olub. 

Xatırladaq ki, illik müqayisədə tərəvəzlərdə bahalaşma martda 4,9 faiz, iyunda 13 faiz, iyulda 20,7 faiz olmuşdu. 

Sfera.az bildirir ki, tərəvəz məhsullarında bahalaşma ərzaq mallarının bahalaşmasında əsas təsir gücünə sahib olub. Bunun birinci səbəbi tərəvəzlərin həddən artıq bahalaşmasıdır. Rəsmi məlumatlara əsasən, avqustda digər heç bir ərzaq növündə bahalaşma 10 faizi ötməyib, bütün məhsullar üzrə bahalaşma sürəti 0-9 faiz intervalında dəyişib. Belə bir vəziyyətdə tərəvəzlərin 29,1 faiz bahalaşması qida məhsullarının qiymətinin 7,8 faiz kimi yüksək nisbətdə artmasını təmin edib. 

Tərəvəz qiymətlərinin ərzaq qiymətlərinə təsirini güclü edən ikinci amil ərzaq xərclərində tərəvəzlərin payının yüksək olmasıdır. Pərakəndə ticarət xərclərində ərzaq xərclərinin 17 faizi tərəvəz xərclərindən ibarətdir. Bu göstəriciyə görə tərəvəzlərdən daha yüksək paya sahib olan məhsul qrupu yoxdur. Ərzaq xərclərində tərəvəzin payının böyük olması onun ümumi qiymətlərə təsir imkanlarını artırır. 

Bəs, tərəvəzlər arasında ən çox bahalaşma hansı məhsullarda müşahidə olunur? Bunu aşağıdakı müqayisəli qiymət cədvəlindən görmək olar:
 

 

 

2020-ci ilin avqustu (manat)

2021-ci ilin avqustu (manat)

Fərq

(manat)

Bahalaşma sürəti

Ağ kələm

0,45

0,74

0,29

64,4 %

Xiyar

0,53

0,96

0,43

81,1 %

Yerkökü

0,89

1,25

0,36

40,5 %

Göy lobya

1,27

1,67

0,4

31,5 %

Baş soğan

0,42

0,54

0,12

28,6 %

Şirin bibər

1,2

1,49

0,29

24,2 %

Pomidor

0,75

0,91

0,16

21,3 %

Badımcan

0,8

0,97

0,17

21,3 %

Sarımsaq

3,13

3,45

0,32

10,2 %

Kartof

0,69

0,73

0,04

5,8 %

 

 
Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR