Bu il Azərbaycanda Həcc ziyarətinin qiymətinin artmasıyla bağlı - QMİ-dən açıqlama

Bu il Azərbaycanda Həcc ziyarətinin qiymətinin artmasıyla bağlı  - QMİ-dən açıqlama
"QMİ işçilərinin, əməkdaşlarının heç birinin Həccin qiymətlərindən xəbəri yoxdur”.

 

Sfera.az bildirir ki, bu sözləri idarənin əməkdaşı bildirib.

 

Builki Həcc ziyarətinin qiymətinin artması ilə bağlı suallımızı cavablandıran QMİ rəsmisi bildirdi ki, yayılan məlumatlar düzgün deyil:


"10 gün bundan qabaq Report-da məlumat gedib. Yayılan məlumatlar həqiqətə uyğun olmayan şeylərdi, özlərindən nəsə uydurublar, yaxud həqiqətən bəlkə də bizim uşaqlardan kimdənsə nəsə soruşublar və özlərinə görə jurnalist fantaziyasıyla yazmağa başlayıblar. Çünki burda işçilərin, əməkdaşların heç birinin Həccin qiymətlərindən xəbəri yoxdur. Nə mənada xəbəri yoxdur? Hələ bizim nümayəndə heyəti gedib müqavilə bağlamalıdır. Ondan sonra məlum olacaq. Sizə konkret deyirəm ki, bu məsələni fevral ayının 17-dən sonra maraqlansanız məlumat veriləcək. Çünki fevralın 17-si Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti gələcək və bundan sonra qiymətlər məlum olacaq”.


Qeyd edək ki, yanvarın 14-də dərc edilən xəbərlərdə, Həcc ziyarəti zamanı qiymətlərin bu il ötən ilə nisbətdə 50 və ya 100 ABŞ dolları daha baha olacağı bildirilib.


Xatırladaq ki, ötən il Azərbaycanda Həcc ziyarətinə səfər xərci 4150 ABŞ dolları olub, ümumilikdə isə 1440 nəfər ziyarət edib.


Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini QMİ təşkil edir.


Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...