Bu il ali məktəblərə qəbul olan tələbələrin sayı artıb? - Ekspert RƏYİ

Bu il ali məktəblərə qəbul olan tələbələrin sayı artıb? - Ekspert RƏYİ
"Təəssüf ki, son illər ərzində Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edən abituriyentlərin sayı kəskin şəkildə aşağı düşüb. Belə ki, 2010-cu ildə ali təhsil almaq üçün müraciət edən şəxslərin sayı 110 min idisə, 2017-ci ildə bu rəqəm 70 minə yaxın olub". 

Bu sözləri Sfera.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
 

 
Ekspertin sözlərinə görə, plan yerlərinin sayı əksinə olaraq, kəskin şəkildə artıb:
"2010-cu ildə ali məktəblərə ayrılan plan yerlərinin sayı 29 min idisə, 2017-ci ildə bu rəqəm 43 min olub. Yəni tələbələrin sayının artması heçdə təhsilin inkişafı ilə əlaqədar deyil. Bundan başqa, bu il qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb. 2017-ci ildə qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin arasında da müəyyən fərq müşahidə olunub. Belə ki, ötən il 0-100 bal arası nəticə göstərənlərin sayı 11 030 nəfər idisə, bu il 11 999 nəfər belə nəticə göstərib. Bu il ali məktəblərə qəbul imtahanların 2 dəfə keçirilməsi bizə zəmin verirdi ki, nəticələrin ümumi tendensiyasında yaxşılaşma olacaq. Çünki birinci imtahandan sonra çox aşağı nəticə göstərənlər ikinci imtahana yazılmadılar. Yaxşı... hətta əla nəticə göstərənlər isə öz zəif və güclü nəticələrini görüb ikinci imtahana daha hazırlıqlı gələrək daha yaxşı bilik nümayiş etdirdilər. İmtahanların nəticələrinə əsasən deyə bilərik ki, I qrupda orta bal 2,6 bal (1,15%) artıb. II qrupda abituriyentlərin sayı azalıb və orta bal 11 bal (-4,16%) aşağı düşüb. III qrupda abituriyentlərin sayı 797 nəfər artıb və orta bal 6,67 bal (0,01%) artıb. V qrupda da ötən illə bu ilin arasında 12 bal (3.74) artım var. Ümumi bütün qruplar üzrə nəticələri götürsək, görürük ki, orta bal -1 bal (0,4%) aşağı düşüb. Ümumilikdə nəticələr onu deməyə əsas verir ki, bu il bakalavr pilləsində imtahan verən məzunların nəticələri ötən illə təxminən eyni səviyyədədir".

Çinarə Məmmədova 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...