Bu içkilərdən uzaq durun - FOTOLAR

Bu içkilərdən uzaq durun - FOTOLAR

Qax, Balakən və Zaqatalada antisanitar şəraitdə alkoqolsuz içkilər istehsal edən sexlər aşkarlanıb.

Sfera.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, sözügedən sexlərdə məhsul istehsalında mənşəyi məlum olmayan xammallardan istifadə edilir, hazır məhsulların analizləri aparılmır, istehsal prosesində istifadə olunan su müvafiq filtrdən keçirilmir.

Bundan başqa, şüşə butulkalar texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulur, məhsul istehsalında istifadə olunan xammal və köməkçi materiallar düzgün şəraitdə saxlanılmır, üzərinə istehsal tarixi vurulmur və qablaşdırmaların üzərində əvvəlki istehsal tarixi, saxlanma müddəti qalır.

Habelə Qax rayonu, Qorağan kəndində yerləşən "Günəş MS” MMC-də istehsal edilən "H2O” və "Qax” əmtəə nişanlı suların minerallaşma dərəcəsinin müəyyən edilmədiyi təqdirdə üzərində "mineral süfrə suyu” yazıldığı məlum olub.

Qanunvericiliyin tələblərinə uyğun olaraq sexlərin fəaliyyəti məhdudlaşdırılıb.

Həmin sexlər aşağıdakılardır:

1) Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən, Şıxlinski Fərid Zeynal oğluna məxsus "Dağ incisi” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi

2) Qax rayonu, Xalidə Həsilova küçəsində yerləşən, Yusifli Ülvi Zəfər oğluna məxsus "Ülvi” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi

3) Qax rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən, Əli Sadiq İlqar oğluna məxsus "Sadiq” və "Qax” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi

4) Qax rayonu Qorağan kəndində yerləşən, "Günəş MS” MMC-yə məxsus "Sevim”, "H2O” və "Qax” əmtəə nişanlı su istehsalı sexi

5) Balakən şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən, Mustafayev Orxan Cahangir oğluna məxsus "Zirvə” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi

6) Balakən rayonu Qullar kəndində yerləşən, Papaxov Elman Fəxrəddin oğluna məxsus "Ləzzət” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi


OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...