"Bu, həqiqətən Ermənistanı dəstəkləmək, Azərbaycan dövlətinə qarşı bir çağırışdır" - Millət vəkillərindən MÖVQE

Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyev özünün Feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, İraq Kürd Muxtariyyətinin rəhbəri Bərzaninin fotolarını paylaşmışdı. Artıq Füzuli Tanirverdiyevin bu addımı ilə bağlı Baş Prokurorluq araşdırmalara başlayıb.


Sfera.az-a Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyevin Feysbuk səhifəsində İraq Kürd Muxtariyyətinin müstəqilliyini dəstəkləyən foto və statuslar paylaşmasına münasibət bildirən millət vəkili Aydın Mirzəzadə söyləyib ki, həmin şəxs dövlət qulluqçusu olduğunu unudur:

"Dövlət qulluqçusu dövlətin rəsmi siyasətini dəstəkləməli və bütün fikirlərini həmin formatda təqdim etməlidir. Yox, əgər əksini düşünürsə, dövlət qulluğunu tərk edərək sərbəst şəkildə öz fikirlərini ortaya qoya bilər. Hesab edirəm ki, onun mövqeyi nə hüquqi, nə də mənəvi cəhətdən düzgün deyil. Hüquqi cəhətdən Azərbaycan vətəndaşı başqa ölkənin ərazi bütövlüyü məsələsinə müdaxiləsi yol verilməzdir. Azərbaycanın özünün ərazi bütövlüyü problem var. İraqın separatçı hərəkətə dəstək verməsi prinsip etibarilə Ermənistanın Azərbaycan torpaqlarının işğalına və eyni zamanda erməni separatçılarına dəstək verməkdir. Həmçinin adıçəkilən məmur İraq yox, Azərbaycan vətəndaşıdır. Bu baxımdan ayrı ölkədən özünün etnik mənsubiyyətinə görə onun orada separatçılığa dəstək veməsi qəbul edilməzdir. Onun dövlətin rəsmi kursundan mövqe bildirməsi doğru sayılmır. Sonradan isə mətbuata verdiyi açıqlamasında öz mövqeyini qətiyyətlə müdafiə etməsi, artıq onun çoxdan bu mövqedə olduğunu göstərir. Çox istərdim ki, gənc hüquqşünas öz səhvini dərk edərdi”.

 

Millət vəkiliFazil Mustafanın sözlərinə görə, bu, həqiqətən də Ermənistanı dəstəkləmək, Azərbaycan dövlətinə qarşı bir çağırışdır:

"Biz hər birimiz bu məsələyə biganə qalmadan kəskin reaksiyamızı verməliyik. Tanirverdiyev adlı Azərbaycan vətəndaşının bu açıqlaması bu Vətəni canı qədər sevən, bu dövlətin varlığını qorumaq üçün hər cür fədakarlığa hazır olan insanlardan biri kimi məni o qədər də üzmədi. Heç olmazsa adam danışaraq hansı təhlükəli düşüncənin mövcudluğu barədə bizləri xəbərdar etdi. Bir daha başımıza döyəclədi ki, dövlət orqanlarımızın içinə bu cür separatçı güclər hansısa əllərin köməyi ilə yerləşə biliblər. Bu məsələyə hüquq-mühafizə orqanlarımız sözsüz ki, prinsipial münasibət bildirdilər və lazımi tədbirləri görəcəklər. Ancaq ermənilərin ordumuz içində agentura şəbəkəsinin ifşasından az keçmiş belə bir təhlükəli mesajın verilməsi bir daha göstərdi ki, vəziyyət ürəkaçan deyil. Azərbaycanda hər bir xalqın təmsilçisinin öz xalqını sevməyinə kimsə irad səsləndirə bilməz. Bu bir təməl insan haqqıdır. Ancaq həm Türkiyənin, həm də Azərbaycanın əleyhinə olan böyük güclərin bu layihəsini sevinclə qarşılamaq Azərbaycana və Türkiyəyə qarşı nifrəti ortaya qoymaqdır. Həm də məsul vəzifə tutan bir məmurun bunu açıq şəkildə etməsi hamımızı dərindən düşündürməlidir”.

Gülnarə Eynullaqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...