Bu gündən etibarən seçki təşviqatı ilə əlaqədar olaraq ödənişsiz yayım başlayır - YENİLƏNİB

Bu gündən etibarən seçki təşviqatı ilə əlaqədar olaraq ödənişsiz yayım başlayır - YENİLƏNİB
Daha sonra Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov çıxış edərək monitorinqi təşkil edilən KİV-lər haqda məlumat veriblər.  Bildirilib ki, dövlət tabeli KİV-lərin bu prosesdə iştirakı mümkünsüzdür.
 
Bildirilib ki,  seçki prosesində iştirak edən istənilən subyekt mətbuat azadlığını qorumalı, ona mane olacaq addım atmamalıdır. Həmçinin, təşviqat prosesinə, səsverməyə mane törətməyin yolverilməzliyindən danışılıb. 

Qeyd olunub ki, xarici dövlətlərin vətəndaşları, 18 yaşı tamam olmamış şəxslər, bələdiyyə qurumları, dini birliklər, hərbi qulluqçular bu prosesdə iştirak edə bilməz.
 
***
12:38
 

"Azərbaycan Respublikası Prezidentinin seçkilərində KİV-in rol və vəzifələri"nə həsr edilmiş konfrans işinə başlayıb. 

Sfera.az bildirir ki, tədbiri giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gündən etibarən seçki təşviqatı ilə əlaqədar olaraq ödənişsiz yayımın başlayacağını bildirib: 

"Çalışacağıq ki, öncə radioda, daha sonra isə televiziyada seçki təşviqatı ilə əlaqədar olaraq ödənişsiz yayımı reallaşdıraq. Radioda bu yayımın təxminən 19:00-da, televiziyada isə 22:00 radələrində reallaşması nəzərdə tutulub".

 M.Pənahov bildirib ki, 5 min 600 seçki məntəqəsi,  5 milyon 300 isə seçici var:  

"Seçkilərin keçirilməsi ilə əlaqədar olaraq ATƏT-in 380 müşahidəçisi də Azərbaycana gələcək. Artıq 1000 məntəqədə veb kamera quraşdırılıb".

Nigar Məhərrəmova
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...