Bu gün xalq artistinin doğum günüdür
15:59 / 22.03.2018
1896
Bu gün xalq artisti Lütfəli Abdullayevin doğum günüdür.
Çəkildiyi filmlər:
Aktrisanın təbəssümü (film, 1974)Arşın mal alan (film, 1945)Bəşir Səfəroğlu (film, 1969)Böyük ömrün anları (film, 2006)Əhməd haradadır? (film, 1963)"İmportnı" yaxud zırrama (film, 1972)"Kazbek" qutusu (film, 1958)Qəribə əhvalat (film, 1960)Məktuba cavab (film, 1944)O olmasın, bu olsun (film, 1956)Payız konserti (film, 1962)Ulduz (film, 1964)Üzeyir ömrü (film, 1981)Ürəklərdə yaşayan sənətkar. Lütfəli Abdullayev (film, 2014)
Klassik operettalardakı rollar siyahısına Üzeyir bəy Hacıbəyovun əsərlərində oynadığı Vəli və Soltan bəy ("Arşın mal alan"), Hambal, Cəfər və Məşədi İbad ("Məşədi İbad"), Zülfüqar bəy Hacıbəyovun əsərlərində ifa etdiyi Kəblə Heydər ("Evliykən subay"), Vəli və Sandro ("Aşıq Qərib"), Qulu ("Əlli yaşında cavan") obrazları daxildir.
Aktyorun milli və tərcümə klassik əsərlər əsasında müasir bəstəkarların musiqi bəstələdikləri komediyalardakı Kərim ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə və Niyazi), Qulaməli ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Trufaldino ("İki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə və Vasif Adıgözəlov ilə Ramiz Mustafayev), Baqqal ("Keçmişin məişət səhnələri", Mirzə Ələkbər Sabirin satirik şeirləri əsasında libretto müəllifi Soltan Dadaşov və bəstəkar Vasif Adıgözəlov) rollarını da buraya daxil etmək olar.
Sfera.Az