Bu gün şəhid jurnalistin doğum günüdür

Bu gün şəhid jurnalistin doğum günüdür
Qarabağ müharibəsinin gərgin dövründə, soyuq yanvar günlərində Laçından daha bir bəd xəbər gəldi - Jurnalist Salatın Əsgərova Şuşa-Laçın yolunda qətlə yetirilmişdi. Onu cəbhə bölgəsinə getməmək fikrindən dəfələrlə yayındırmağa çalışsalar da, bunu özünün Vətən qarşısında borcu sayırdı. Elə həyatını da Vətənə xidmətdə qurban verdi. 
 
Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdu. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vuraraq həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur.
1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başladı. Müharibə başlayanda isə mütamadi cəbhə bölgəsindən reportajlar hazırlayırdı.
 
1991-ci il yanvarın 9-da Laçından növbəti reportajdan qayıdarkən erməni terrorçuları onu hədəfə aldılar. Yaraqlılar Laçın - Şuşa yolunun 6-cı kilometrliyində, Qaladərəsi kəndi yaxınlığında Sovet Ordusuna məxsus "UAZ-469” markalı hərbi maşını gülləbaran edərək, "Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova və bölgədəki hərbi komendantlığın qulluqçusu olan 3 rus zabiti qətlə yetirdilər. Ermənilər hərbi maşını üç istiqamətdən – öndən, arxadan və soldan həm avtomatdan, həm də snayper tüfəngindən güllələyiblər. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə izi saymışdılar. Onların bir qismi yaxın məsafədən birbaşa Salatın Əsgərovaya sıxılmışdı. Hadisədən sonra Salatın Əsgərova və rus hərbçilərin qatilinin Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan olduğu  müəyyənləşib. Onlar 1991-ci ilin mayında həbs olunublar. 1993-cü ildə isə barələrində ölüm hökmü çıxarılıb. 1996-cı il mayın 8-də cinayətkarlar Ermənistana təhvil verilib. Erməni tərəfi jurnalistin və hərbçilərin qatillərinin cəzalandırlıacağına söz versə də, vədini yerinə yetirməyib. Bir müddət sonra qatillər azadlığa buraxılıb. Bununla rəsmi Yerevan sovet zabitlərinin və jurnalistin qətlə yetirilməsinə haqq qazandırmış olub. Salatın Əsgərova Azərbaycanın müstəqilliyi və torpaq bütünlüyü uğrunda canlarını qurban verən vətən oğulları ilə eyni sırada, Şəhidlər Xiyabanında uyuyur. Ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bakı şəhərində Salatın Əsgərovanın adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kəndsə Salatınkənd adlanır.


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...