Bu gün od çərşənbəsidir

Bu gün od çərşənbəsidir

Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir.

Sfera.az-ın məlumatına görə, ilin axır çərşənbələrindən ikincisi xalq arasında "Üskü çərşənbə”, "Addı çərşənbə” kimi tanınan Od çərşənbəsidir.

Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə,  bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havalarının isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi ilə bağlı el arasında "Odu su ilə söndürmək olmaz”, "Od çərşənbəsində ocağı boş qoymazlar” kimi inanclar da var. Bu çərşənbədə qazanlar qaynamalı, ocağın üstü boş qalmamalıdır. Od çərşənbəsində evlərdə şam yandırılmalıdır.

Günəş istisini arzulayan ulu babalarımız od çərşənbəsində sübh tezdən Günəşə qurban aparardılar. Böyük tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr oxuyardılar. Tonqal sönəndən sonra qızlar və oğlanlar külü yığıb onu kəndin kənarına, ya da yola səpirdilər. Bu bir növ tonqaldan atılmış adamların azarının çıxıb getməsini simvolizə edir. Qədim dövrdə tonqalı yetkinlik yaşına çatmamış oğlan uşağı çaxmaq daşı vasitəsilə qalayırdı. Belə od müqəddəs sayılırdı.

Od çərşənbəsinin digər maraqlı mərasimlərindən biri də ilboyu ailə üzvlərindən birini itirmiş evlərin qarşısında tonqal qalamaqdı. Od yandırmaqla həmin ailənin saxladığı yas mərasiminə son qoyulardı. İnsanlara Uraz/ Araz ( od, atəş) adının  verilməsi, evlərdə üzərrik yandırılması, xəbis ruhlardan qorunmaq məqsədilə qoyun sürülərinin yanmaqda olan kolların altından keçirilməsi, təndirin müqəddəs sayılması, ondan arzuların gerçəkləşməsinin istənilməsi, yanmaqda olan ocağı söndürmməək və başqa nümunələr də türklərin oda olan hörmət  və ehtiramını göstərir.  


OXŞAR XƏBƏRLƏR

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...