Bu gün kəşfiyyatçı şəhid Dinar Mustafayevin doğum günüdür

Bu gün kəşfiyyatçı şəhid Dinar Mustafayevin doğum günüdür
Bu gün 2-ci fəxri xiyabanda şəhid Dinar Mustafayevin doğum günü tədbiri qeyd olunub. Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, veteranlar, onunla birgə dünyasını dəyişən 7 şəhidin anaları və xidmət etdiyi hərbi hissənin komandiri, ehtiyatda olan polkovnik Xətai Baxışov da iştirak edib. Tədbirdə "Milli Mədəniyyətimizin Təbliği” ictimai birliyinin sədri Jalə Cəfərova, komandir, ehtiyatda olan polkovnik Xətai Baxışov, şəhidin anası Firəngiz Mustafayeva Dinar Mustafayevin qəhrəmanlığından danışıblar.

Qeyd edək ki, xüsusi təyinatlı hərbi hissənin əsgərləri olan şəhid Dinar Mustafayev və digər 6 döyüşçü 1997-ci ildə Hadrut istiqamətində tapşırılmış əməliyyatda şiddətli döyüşdən sonra mühasirəyə düşüblər. Əsir düşməmək üçün özlərini partladaraq dünyalarını dəyişiblər. Həmin əməliyyatdan sağ çıxan yeganə döyüşçü Aqil Əhmədov öz təəssüratlarını da bölüşüb.

"Müdafiə Nazirliyinin Kəşfiyat İdarəsindən verilən tapşırığa əsasən, 8 nəfərlik bir kəşfiyyat qrupu düşmən arxasından əməliyyata başladıq. Şiddətli döyüşdən qayıdarkən, aprelin 10-u mühasirəyə düşdük. Mən yaralanmışdım və digərlərindən kənara düşmüşdüm. Dinar Mustafayev və digər 6 nəfər özlərini partladaraq şəhid oldular. Mən əsir götürüldüm və 1 ildən artıq əsirlikdə qaldım. 1998-cildə Heydər Əliyevin köməyilə əsirlikdən azad olundum”.

 


OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...