Bu gün İtaliyada qalan vətəndaşlarımız çarter reysi ilə vətənə dönəcək -Video

Bu gün İtaliyada qalan vətəndaşlarımız çarter reysi ilə vətənə dönəcək -Video

İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar olaraq İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə Səfirliyə müraciət etmiş Azərbaycan vətəndaşları üçün bu gün axşam saatlarında Roma şəhərindən Bakı şəhərinə birbaşa çarter reysi həyata keçiriləcək.

Sfera.az xəbər verir ki, səfirlik əməkdaşları aidiyyəti məsələ ilə bağlı müraciət etmiş vətəndaşlarımızın əksəriyyəti ilə fərdi qaydada əlaqə saxlayaraq onların Vətənə qaytarılması ilə əlaqədar müvafiq təşkilati məsələlər haqqında onları məlumatlandırıb.

Həmçinin bildirilib ki, səfirliyə müraciət etmiş bəzi vətəndaşlarımızla telefon rabitəsinin qurulmasında çətinliklərin olduğunu nəzərə alaraq, aidiyyəti məsələ ilə bağlı Səfirlikdən zəng qəbul etməmiş vətəndaşlarımızdan təcili olaraq Səfirliklə əlaqə saxlamaqları xahiş olunur.

Qeyd edək ki, səfirliyin son məlumatına görə, bu gün 20:00-da Roma şəhərinin Fiumicino hava limanından Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportuna AHY4231 nömrəli birbaşa çarter reysinin həyata keçirilməsi nəzərdə tutulub.

Telefon nömrəsi: 06 85305557 

Qaynar xətt: 349 8155582 (yeni sabah)



 
 



OXŞAR XƏBƏRLƏR