Dünya

Bu gün istefaya gedən Serj Sarkisyanın anası Nora öldü

Bu gün istefaya gedən Serj Sarkisyanın anası Nora öldü
Bu dəqiqələrdə Ermənistanın paytaxtında bayram mitinqi keçirilir. Hadisə yerindən canlı yayınlar təşkil edən kanalların kadrlarından və verilən şərhlərdən görünür ki, 200 minədək vətəndaş Serj Sarkisyanın istefasını bayram edir.

Mediapress.az Ermənistandakı mənbələrə istinadən xəbər verir ki, sabiq baş nazirin anası Nora Sarkisyanın səhhəti bu gecə qəfil pisləşib. Onu Yerevandakı "Nairi" tibb mərkəzinə yerləşdiriblər. Qadın bu sabah ürək çatışmazlığından dünyasını dəyişib. Serj  Sarkisyanın harada olduğu haqda hələlik  məlumat  yoxdur. Ehtimal olunur ki,  mərhumə Ermənistanda deyil, Rusiyada dəfn ediləcək.

Məlumatın dəqiqliyi  yoxlanır.
AdRiver

XƏBƏR LENTİ