Bu gün hava necə olacaq ?

Bu gün hava necə olacaq ?
 

Bu gün ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək. Trend-in məlumatına görə, bu barədə Eologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a  günün proqnozu ilə bağlı verilən məlumatda deyilir.

Belə ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gün ərzində mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında 18-22° isti, Bakıda 19-21° isti olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun aranda 18-23° isti, dağlarda 13-18° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun 17-22° isti olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun 13-18° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun 17-22° isti olacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun 17-22° isti, dağlarda 13-18° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu 18-23° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun 19-22° isti, dağlarda 14-19° isti olacağı gözlənilir.



OXŞAR XƏBƏRLƏR

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək - FOTOLAR

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə...

Sadır Japarov Azərbaycana dövlət səfərinə YOLLANDI

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yollanıb.   Sfera.az Qırğızıstan KİV-lərə istinadən xəbər verir ki, bu barədə Q...

Bu rayonlarda qaz olmayacaq

Bu gün Şəki və Qəbələ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ...