Bu gün Çempionlar Liqası başlayır

Bu gün Çempionlar Liqası başlayır

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start veriləcək.

"Yeni Sabah”xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq. Mərhələ Qazaxıstanda paytaxt klubu "Astana"nanın CFR Kluj"u qəbul etməsi ilə başlayacaq.

Qeyd edək ki, "Qarabağ" da bu mərhələdən yarışa qoşulacaq. Ağdam təmsilçisi sabah səfərdə Albaniyanın "Partizani" klubu ilə üz-üzə gələcək. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.

Çempionlar Liqası, 9 iyul, 1-ci təsnifat mərhələsi

17:00. "Astana” (Qazaxıstan) – ÇFR (Kluj, Rumıniya)

18:00. "Ararat” (Ermənistan) - AIK (İsveç)

20:00. HİK (Finlandiya) – "HB Torshavn” (Farer adaları)

20:00. "Nımme Kalyu” (Estoniya) – "Şkendiya” (Makedoniya)

21:45. "Sarayevo” (Bosniya Herseqovina) – "Seltik” (Şotlandiya)

22:00. "Düdelanj” (Lüksemburq) – "Valetta” (Malta)

22:00. "Suduva” (Litva) – "Srvena Zvezda” (Serbiya)

22:00. TNS (Uels) – "Ferronikeli” (Kosovo)



OXŞAR XƏBƏRLƏR