Bu gün dollarla bağlı mühüm məlumat açıqlanacaq

Bu gün dollarla bağlı mühüm məlumat açıqlanacaq
Bu gün qlobal bazarların gözü-qulağı ABŞ-da olacaqdır.

Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da Sentyabr ayı üzrə kənd təsərrüfatı xaric məşğulluq göstəricisi açıqlanacaqdır.

İqtisadçıların proqnozuna görə, məşğulluğun 170 min artması, işsizlik nisbətinin isə 4.9%-də qalması gözlənilir.

Qeyd edək ki, Avqustda məşğulluq 151 min artmışdı, gözlənti isə 180 min idi.

Sentyabrda qeyri-kənd təsərrüfatı məşğulluğun proqnozdan yüksək çıxması Fed-in il sonunda faiz artırması ehtimalını daha da gücləndirəcəkdir.

Sonuncu dəfə Fed sədri Janet Yellen ABŞ-da məşğulluğun güclü sürətdə artırmaqda davam edəcəyini bildirmişdi. O, məşğulluqdakı son orta artım sürətinin artıq olduğunu və iqtisadiyyatda həddindən artıq isinməyə yol aça biləcəyini qeyd etmişdi.

Yellen iqtisadiyyatın mövcud vəziyyətinin faizin mərhələli şəkildə artırmağa imkan verdiyini və faiz artırımının sabit bir vaxt cədvəlinin olmadığını söyləyib.

Yellen, "İqtisadiyyatın həddən artıq isinməsinə imkan versək, faizi istədiyimizdən daha sürətli artırmaq məcburiyyətində qala bilərik" deyib.

Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) üzvlərinin çoxu bu il bir dəfə faiz artırımı gözlədiklərini deyiblər. İqtisadçılar faizin Dekabr ayında artırılacağını gözləyir, çünki Noyabr ayındakı toplantı ABŞ-da Prezident seçkilərinə bir həftə qalmış keçiriləcək və bu toplantıdan sonra mətbuat konfransının keçirilməsi nəzərdə tutulmur. 

Fed faiz artırmağa yaxınlaşdıqca dollar bahalaşır. //Marja.az 
 

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...