Bu gün BMT Baş Assambleyasının 76-cı sessiyası başlayır

Bu gün BMT Baş Assambleyasının 76-cı sessiyası başlayır
Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası başlayır.

Sfera.az xəbər verir ki, ötən il yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər səbəbiylə yubiley sessiyasının açılışı videoformatda keçib.

Bu il çoxlu sayda yeksək səviyyəli qonaqların gələcəyi gözlənilir.

Baş Assambleya sədrinin səlahiyyətlərini, Maldiv adalarının xarici işlər naziri vəzifəsində çalışan Abdullah Şahid yerinə yetirəcək, Təhükəsizlik Şurasına sentyabr ayında İrlandiya sədrlik edəcək.

Əsas mövzu, "Taliban” hərəkatının nümayəndələrinin hakimiyyəti ələ keçirdikləri və artıq Nazirlər Kabinetinin qurulduğunu elan etdikləri Əfqanıstandakı vəziyyət olacaq. Ölkədə çətin humanitar vəziyyət yaranıb və inkişaf edir.

76 -cı sessiyanın Akkreditasiya komitəsi sentyabrın 14 -də keçiriləcək ilk iclasda formalaşdırılacaq. Ənənəvi olaraq, bura Rusiya, ABŞ, Çin və dünyanın müxtəlif yerlərindən seçilmiş altı ölkə daxildir. Komitə ölkənin BMT-dəki daimi nümayəndəsinin namizədliyini, habelə nümayəndə heyətinin yüksək səviyyəli həftə üçün akkreditasiyası barədə qərar qəbul edəcək.

Qlobal təşkilatdakı mənbənin "TASS”a verdiyi məlumata görə, Əfqanıstanın BMT-dəki daimi nümayəndəsi Qulam İshakzai 21-27 sentyabrda ölkəsini yüksək səviyyəli tədbirlərdə təmsil edəcək. Yüksək səviyyəli həftədə 83 ölkənin lideri, 43 hökumət başçısı və 23 ölkənin xarici işlər nazirinin iştirakı gözlənilir.

Sessiya 21-27 sentyabr tarixlərində yüksək səviyyəli həftəlik yekunla bitəcək.


OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...