Bu gün Beynəlxalq Yer Günüdür

Bu gün Beynəlxalq Yer Günüdür
Bu gün Beynəlxalq Yer Günü qeyd olunur.
Beynəlxalq Yer Günü əvvəllər "Ağac Günü” adı ilə qeyd olunub. Bu bayramın keçirilmə tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir.
ABŞ-ın Nebraska ştatının sakini Corc Sterlinq Mortona ştatın yaşıllaşdırılmasına başlamaq üçün əhaliyə müraciət etmişdi. Onun özü və ailəsi ilk olaraq ağac əkməyə başlamışdı. Tezliklə bu təşəbbüs geniş əks-səda doğurmuşdu. İlk "Ağac Günü”ndə ştatın əhalisi təqribən bir milyon ağac əkmişdi.
1882-ci ildə Nebraska ştatında Mortonanın şərəfinə onun doğulduğu 22 aprel günü rəsmi olaraq ştatın bayramı elan olundu.
1970-ci ildə "Ağac Günü”nün adı dəyişdirilərək Yer Kürəsi Günü adlandırıldı. Senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi.
Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olundu. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək hökuməti ekoloji problemləri həll etməyə çağırdı. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətləndi.
Məhz XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başladılar.
1990-cı ildən başlayaraq Yer Kürəsi Günündə milli parkların salınması, ətraf mühitin əvvəlki vəziyyətinə qaytarılması mövzusu gündəmə gətirildi. Həmin vaxtdan bu bayram beynəlxalq miqyas aldı.
141 ölkəni (o cümlədən bizim ölkəmizi) təmsil edən 20 milyondan çox adam bu günü bayram edir.

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...