Bu gün Bakı mavi rəngə boyanacaq - Autizm bəlası

Bu gün Bakı mavi rəngə boyanacaq - Autizm bəlası

2 aprel – bu tarix bəziləri ücün sadə bir gün olsa da, təəssüf ki, bir başqaları ücün ürək agrıdıcı, bütün bir ailənin həyatını alt-üst edən problemin anım günüdür.

Bu təqvim 2007-ci ildən bəri Birləşmiş Millətlər Təşkilatının qərarı ilə Autizm problemi barədə maarifləndirmə günü kimi qeyd edilir. 1980-cı ildən dünyanda sürətlə artan problemin səbəbləri bu zamana qədər tam açılmayıb. Autizm-insan baş beyninin inkişafını ləngidən, insan psixologiyasını korlayan, onu ətraf aləmdən təcrid edən xəstəlikdir. Mütəxəsislərin fərqli fikirlərinə görə,uşaq yaşlarında özünü biruzə verən xəstəlik irsi xarakter daşıyır, peyvəndlərdən sonra meydana çıxa bilər, psixoloji travmalar nəticəsində yaranır. Autistlərin sağalma ehtimalı isə uzun proses tələb edir.

Azad İstehlakcılar Birliyinin nəzdnində yaradılmış, " Tibbi müalicə və bərpa müəssələrində İstehlakcı hüquqlarının müdafiə komissiyasının rəhbəri Əhməd Rəhmanova görə, bu gün keyfiyyətsiz qida, dərman preparatları, atmosferin cirklənməsinin fəsadı olan bu tip problemli uşaqlar Azərbaycanda artmaqdadır. "Mənim oğlum da bu xəstəliyin qurbanıdır. İllərdir onun müalicəsi üçün ailəliklə müabrizə aparırıq. Təlimlər, müalicə böyük xərc tələb edir. Bu gün autizmin nə olduğunu özünə peşəkar adı verənin çoxu belə anlamır. Bu halda çıxış yolunu gözləyə bilmərik. Bəli, bir qrup fəallarımız var, amma bu ağır problem adından istifadə edib gəlir əldə etmək istəyənlər də var. Autizmlə mübarizə üçün tam təşəkküllü müəsisələr olmalıdır. Peşəkarlığı şübhə altında olan obyektlər var, valideynlər övladlarını belə tədris ocağına aparsa da, xeyirini görmürlər. Biz təşkilat adından Təhsil Nazirliyinə yazılı müraciət etdik. Tələbimiz bu idi ki, nazirlik belə psixoloji mərkəzlərə baxış keçirsin, ya da icazə versin biz araşdıraq. Axı insanlar niyə aldanmalıdır? Uşaqların həyatı ilə oynamaq olmaz. Autizmin müalicəsi bir neçə seansa həll olmur, yardım adı altında pullar yeyilir, amma uşaqlarda irəliləyiş yoxdur.” Əhməd Rəhmanovun fikrincə, Azərbaycanda inklüziv təhsil siyasəti olmadığından autizm, eləcə də əqli problemli uşaqların gələcək həyatı sual altında qalır.

Qeyd edək ki, Dünya Autizm Günü ilə bağlı bu gün paytaxda tədbirlər keçiriləcək. "Birgə və Sağlam” İB-nin rəhbəri Aytən Qasımovanın "Qafqazinfo”-ya verdiyi məlumata görə, "Lider Qadınlar" İB və İctimai Səhiyyənin İslahatları Mərkəzi ilə birgə cəmiyyətin autizm mövzusunda maarifləndirilməsinə dair tədbirlər planına start verilib. Bu tədbirlərdən biri Bakı Dənizkənarı Bulvarda müxtəlif dövlət və özəl qurum nümayəndələrinin iştirak edəcəyi "Autizm üçün Gəzinti"si olacaq. Əvvəlcə saat 16:00 - 18:00 arası Park Bulvar TM-də məlumatlandırıcı aksiya, 18:00-da Flashmob keçirildikdən sonra gəzintiyə başalanacaq. Tədbirə gəzinti və pulsuz mavi (dünyada autizmin rəngi kimi qəbul edilib) şarların və Çin fənərlərinin buraxılması daxildir.

Qurumumuz tərəfindən hazırlanan mavi rəngli köynəkləri geyinən dəvətlilər əllərindəki şarlar ilə bulvarın Park Bulvar Ticarət Mərkəzi olan hissəsindəki yerdən Azneft meydanı istiqamətində gəzintiyə başlayacaqlar. Ən son dayandıqları hissədə mavi rəngdə olan şarları və dilək hava fənərlərini havaya buraxıb həmin zaman mavi rəngdə işıqlanacaq olan Alov Qüllələr, Crystal Hall, ABŞ səfirliyinin binası və Qız Qalası önündə çəkiliş olduqdan sonra tədbirimizə son veriləcəkdir.

"Narınc Uşaq Psixologiya Mərkəzi"(NUPM) və "Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”(ADPYM) İctimai Birliyi də ploblemlə bağlı planlarını açıqlayıb. Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzinin sədri Çiçək Qəzənfərqızı Qafqazinfo- ya bildirib ki, dünya əhalisinin 1 faizi yəni 70 milyon əhali autizmin qurbanıdır. Qeyri-rəsmi stastistikaya əsasən ölkəmizdə təxminən 5000-ə yaxın uşaq autizm sindromundan əziyyət çəkir.Getdikcə bu say artmaq üzrədir. Yaranma səbəbi elmə dəqiq məlum olmayan autizm sindromu ilə mübarizə günün tələbidir.Keçirəcəyimiz tədbir zamanı Bakı Olimpiya Stadionu mavi işıqla işıqlandırılaraq autizmi simvolizə edəcək. "Mavi işıqla işıqlandır və autizmi tanı "adlı tədbir 02.04.2016-ci il saat 18.00-da keçiriləcək. Tədbirdə aidiyyatı dövlət və qeyri-dövlət təşkilatlarının ,KİV nümayəndələri ,autizm sindromlu uşaqlar, valideynlər və digər qonaqlar iştirak edəcək.”


OXŞAR XƏBƏRLƏR