Bu gün Azərbaycanın Milli Qəhrəmanın doğum gündür

Bu gün Azərbaycanın Milli Qəhrəmanın doğum gündür
Azərbaycanın Milli Qəhrəmanı Nizami Məmmədov hələ Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı orta məktəbdə  təhsil aldığı illərdən ünsiyyətcil olmağı ilə şagird yoldaşlarının hörmətini qazınmışdı. İllər ötdükcə atası Murad kişinin xarakterində olan xeyirxahlıq kimi xüsusiyyət Nizamidə də özünü biruzə verirdi. Mehriban çöhrəsində həmişə təbəssüm olan  bu gənc həmişə  çalışardı ki, kiminsə bir işinə yarasın, kiməsə bir köməkliyi dəysin…

Nizami Məmmədov 1958-ci ildə yanvarın 12-də Xankəndi şəhərində  anadan olub.  Doğma şəhəri Xankəndinə qayıdaraq əmək fəaliyyətinə başlayıb. O, əvvəlcə Xankəndi şəhərindəki Yaşıllaşdırma İdarəsində, daha sonra isə Qarabağ İpək Kombinatında çalışıb. Qısa müddət Qarabağ İpək Kombinatında  işlədikdən sonra  Nizami Məmmədov taleyini daxili işlər orqanlarına bağlayıb.

Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsində  növbətçi köməkçisi vəzifəsində işlədiyi illərdə də xeyirxahlığı sayəsində hamı tərəfindən sevilib. Gücü çatan qədər şəhərin "yolu milisə (polisə) düşən”  azərbaycanlı  sakinlərinə köməklik göstərib. Onların hüquqlarının qorunmasına yardımçı olub.

1988-ildən xalqımıza – Qarabağa edilən erməni təcavüzü Nizami Məmmədovun da rahatlığını əlindən alıb. Nizami vilayət paytaxtında yaranmış vəziyyətlə əlaqədar xidmətini  Şuşa Rayon Daxili İşlər  Şöbəsində davam etdirməyə başlayıb. Daha doğrusu, milisdəki (polis) fəaliyyətini  "Şərqin konservatoriyası” adlandırılan Şuşanın müdafiəsinə  həsr edib.

Nizami Məmmədovun döyüş  yolu Kərkicahan, Qaybalı kəndlərindən keçib, özünümüdafiə dəstələrinə vaxtında silah-sursat çatdırılmasında yaxından kömək edib, yerli əhalinin təhlükəsizliyinin təmin olunmasında qəhrəmanlıqlar nümayiş etdirib. O, Malıbəyli, Daşaltı, Qaladərəsi uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub, torpaqlarımızın bütövlüyü uğrunda  aparılan mübarizədə  ad-san qazanıb.

Nizami Məmmədovun dayısı, başqa yaxın qohumları Xocalı faciəsində ermənilər tərəfindən qətlə yetirilmişdi. O, bütün varlığı ilə  intiqam eşqiylə  yaşayırdı. Sonuncu dəfə atası Murad kişi ilə martın 5-də görüşmüşdü – dayısının hüzr yerində. Atası ona "üç övladın var, onları başsız qoyma” – deyə Şuşadan çıxmağı təklif edəndə Nizami ona "heç nədən qorxmuram, vətən uğrunda ölsəm əgər, məni əvəz edəcək üç oğlum var” demişdi və beləcə Şuşa polisində xidmətini davam etdirmişdi.

… 1992-ci il mart ayının 29-u.  Həmin günü Şuşa yenə də ağır günlərindən birini yaşayırdı. Şəhər yenə də hədəfə alınmışdı. Aramsız olaraq  Şuşaya Xankəndi və Şuşikənd istiqamətlərindən mərmilərdən zərbələr endirilirdi. Göydən şığıyan top mərmiləri qədim Şuşanın evlərini dağıdır, alov saçan raketlər şəhərə ölüm qoxusu yayırdı. Şuşanı müdafiə edən postları təxirəsalınmadan möhkəmləndirmək lazım idi. Həyacan siqnalı ilə ayağa qalxan Şuşa polisinin əməkdaşları növbətçi hissədən silahlarını götürüb postlara tələsirdilər. Növbətçi – baş serjant Nizami Məmmədov  silahları əməkdaşlara verdikcə döyüş yoldaşlarını ruhlandırır, "muğayat ol, sağ-salamat qayıdasan” – deyə onlara uğur diləyirdi. Bir anın içində şöbə boşaldı. Yalnız növbətçi hissənin əməkdaşları şöbədə qalmışdılar. Baş serjant Nizaminin yarı canı postlara gedən xidmət yoldaşlarının yanında idi. Yaman narahat idi – həmin günü ermənilər vəhşi bir azğınlıqla Şuşanı zərbələrə müruz qoymuşdu. Həmin günü qəfil ölüm postlara deyil,  polis şöbəsinə ünvanlanmışdı. Şöbəyə atılan mərmi xidməti vəzifəsini icra edən Nizami Məmmədovun ömrünə nöqtə qoydu…

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Nizami Murad oğlu Məmmədova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
İlham Cəmiloğlu


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...