Bu gün Azərbaycanda dövlət bayrağı günüdür - VİDEO

Bu gün Azərbaycanda dövlət bayrağı günüdür - VİDEO
 99 il öncə dünya Azərbaycan adlı bir ölkəni məhz onunla tanıdı. Üç rəngli və hər rəngində bu millətin ən ümdə dəyərlərini daşıyan Azərbaycan bayrağının bayramı da, elə ona layiq olan sevgi, qürur və hörmət hissləri ilə qeyd olunur. İstər bölgələrdə, istərsə də paytaxtda hər kəs bayramı fərqli şəkildə keçirib. Bu gün küçə və prospektləri, evlərin eyvanları üçrəngli bayrağa bürünüb. İnsanlar bayrağa olan sevgilərini belə ifadə ediblər.

Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq - öz yurduma öz hakimliyim.

Azərbaycanın azadlığını dünyaya hayqıran üçrəngli bayraq bu gün müstəqilliyini və gücünü dünyaya artıq sübut etmiş bir ölkənin səmalarını bəzəyir. Yüksəklərdə dalğalandıqca isə ona baxan hər bir Azərbaycan vətəndaşının qəlbini sevinc, fərəh hissləri ilə doldurur.

Dalğalandıqca qürur duyduğumuz 3 rəngli bayrağımız bu gün 99 yaşını qeyd edir.

Bayraq günü paytaxtda təntənəli şəkildə qeyd edilib.Bu gün Bakı küçələri 3 rəngli bayrağa bürünmüşdü.

İnsanlar bayrağa olan sevgilərini, hörmətlərini məhz bu şəkildə ifadə ediblər. Eyvanlarından bayraq asan insanlar bunu hər il etdiklərini bildirirlər. İnsanların ən böyük arzusu isə bu əzəmətli bayrağımızı QARABAĞDA asmaqdır.

Üçrəngli Dövlət bayrağı bu gün ayrı-ayrı dövlət qurumlarının, diplomatik nümayəndəlik­lə­rin binaları üzərində ucaldılır, siyasi, iqtisadi təd­birlərdə qaldırılaraq milli birliyi təcəssüm etdirir. İdman­çılarımızın da müxtəlif ölkələrdəki hər qələbəsi şərəfinə ucaldılan bayrağ hər bir azər­baycanlının qəlbində böyük sevinc, iftixar hissləri doğurur, dövlətə, xalqa mənsubluq hissini gücləndirir.


OXŞAR XƏBƏRLƏR

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...