Cəmİyyət

Bu gün Azərbaycanda 9 saat TV və radio işləməyəcək

Bu gün Azərbaycanda 9 saat TV və radio işləməyəcək
10 iyun tarixində Azərbaycan ərazisində teleradio yayımı dayandırılacaq.

Oxu.Az "Teleradio" İB-yə istinadən xəbər verir ki, bu gün saat 06:00-dan 15:00-dək növbəti kompleks profilaktika işləri aparılacaq.

Bu müddət ərzində ölkə ərazisində radio və televiziya proqramlarının yerüstü yayımında fasilə olacaq.
Qeyd edək ki, kompleks profilaktika radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında il ərzində bir neçə dəfə aparılır.

Qrafikə əsasən, növbəti kompleks profilaktika işlərinin Peyk rabitəsi İstehsalat Birliyi tərəfindən 16 sentyabr tarixində aparılması nəzərdə tutulub.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930