Bu gün Azərbaycana qış gəlir - Saat 20:27-də

Bu gün Azərbaycana qış gəlir - Saat 20:27-də
 Bu gün Azərbaycanda Bakı vaxtı ilə saat 20:27-də qış fəsli başlayacaq.

Sfera.az Trend-ə istinadən bildirir ki,  bu gün Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov Trend-ə bildirb ki, bundan sonra artıq günlər uzanmağa başlayacaq: "Yer Qış Günəş duruşundan keçdikdən sonra günlər uzanacaq, gecələr qısalacaq. Dekabrın 21-i isə ilin ən qısa gündüzü və ən uzun gecəsi olacaq".



OXŞAR XƏBƏRLƏR