Bu gün Azərbaycan və Makedoniya futbol milliləri qarşılaşacaq
09:15 / 27.03.2018
2978
Bu gün Azərbaycan və Makedoniya futbol milliləri qarşılaşacaq.
AFFA-dan Sfera.az-a verilən məlumata görə, millilər arasında yoldaşlıq görüşü martın 27-də saat 20:00-da Antalyadakı "Mardan” stadionunda start götürəcək.
Görüşün baş hakimi Halis Özkahya olacaq. Ona həmyerliləri Kamal Yılmaz və Kərəm Ersoy kömək edəcəklər.