İdman

Bu gün Azərbaycan millisi Latviya ilə üz-üzə gələcək

Bu gün Azərbaycan millisi Latviya ilə üz-üzə gələcək
İyunun 9-da Riqadakı "Dauqava” stadionunda futbol üzrə Azərbaycan milli komandası Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Denis Şerbakov olacaq. Ona yan xətt hakimləri Yuri Xomçanka və Andrey Xetsikov kömək edəcəklər. Oyunda dördüncü hakim funksiyasını Aleksandr Anufriyev yerinə yetirəcək.

Bu, UEFA Millətlər Liqasından əvvəl Azərbaycan millisinin sonuncu yoldaşlıq matçı olacaq. Oyun "CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, komandalar sonuncu dəfə 2004-cü ildə Riqada qarşılaşıblar. Həmin görüş 2:2 hesabı ilə başa çatıb. Millimizin Latviya yığması ilə 1997-ci ildə və 2002-ci ildə səfərdə keçirdiyi oyunlarda da qalib müəyyənləşməyib - 0:0.

Bu, yığmamızın Qurban Qurbanovun rəhbərliyi ilə altıncı oyunu olacaq. Milli komandamız beş görüşdən birində qalib gəlib (Qırğızıstan - 3:0), ikisində heç-heçə edib (Moldova - 0:0, Makedoniya - 1:1). İki görüşdə isə rəqib komandalar üstün olublar (Belarus – 0:1, Qazaxıstan – 0:3).
AdRiver
AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031