Bu gün Azərbaycan derbisi var - “Qarabağ” “Neftçi”yə qarşı

Bu gün Azərbaycan derbisi var - “Qarabağ” “Neftçi”yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulacaq.

Sfera.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilləcək.

Günün ilk qarşılaşmasında "Sumqayıt" "Zirə"ni qəbul edəcək. 

Turun son oyununda isə lider "Qarabağ" evdə "Neftçi" ilə qarşılaşacaq.  Ağdam klubu hazırda 34 xalla turnir cədvəlinə başçılıq edir. "Neftçi” isə ondan 8 xal geri qalaraq, 26 xalla 3-cü yerdədir. 

8 fevral

17:30. "Sumqayıt” – "Zirə”

Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov

"Kapital Bank Arena”

20:00. "Qarabağ” – "Neftçi”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov

Tofiq Bəhramov adına Respublika stadionu (yeni sabah)


OXŞAR XƏBƏRLƏR