"Bu görüşün Azərbaycan üçün faydalı olacağı..." - Ekspert şərhi

"Azərbaycan rəsmilərinin ABŞ-dakı yəhudi diasporunun təmsilçiləri və onlara məxsus təşkilatlarda görüşlər keçirməsi ənənə halını alıb”.

Bu sözləri Sfera.az-a Prezident İlham Əliyevin ABŞ səfərini şərh edərkən siyasi şərhçi Sədrəddin Soltan deyib.


Ekspert qeyd edib ki, əvvəllərdə belə görüşlər olub:

"Odur ki, belə görüşün keçrilməsində qeyri-adi heç nə yoxdur. Bu görüşdə yeganə yenilik vitse-prezident Mehriban Əliyevanın iştirakıdır. Onu da yəhudi lobbisi və diasporunun təmsilçiləri görüşü normal qarşılanmalıdır. Çünki o, Azərbaycan Konstitusiyasına əsasən, daşıdığı vəzifəyə görə ölkənin ikinici şəxsidir. Ehtimal etmək olar ki, bu görüşdə yəhudi diasporunun nümayəndələri Azərbaycanın vitse-prezidenti ilə tanış olmaq istəyiblər və bu tanışlıq da baş tutub. İsraillə arasında münasibət yaxşı olduğundan Azərbaycan rəsmilərinin yəhudi diasporunun təmsilçiləri ilə görüşləri də müsbət qarşılanmalıdır. Odur ki, bu görüşün Azərbaycana faydalı olacağı da istisna edilmir. Yeri gəlmişkən, bu gün yəhudilərin Roş-a-Şana, yeni il bayramıdır. Onlar 5778-ci ilin qeyd edirlər.Bu bayramı qeyd edənləri təbrik edirəm”.

Xatırladaq ki, Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə səfərə gediblər.

Azad Əliyev

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...