Bu görüntülərdən sonra bölgə əhalisinə xəbərdarlıq edildi - VİDEO
19:27 / 11.02.2019
2730
Rusiyanın şimal bölgələrində qlobal istiləşmə öz neqativ təsirlərini göstərir.
Sfera.az xəbər verir ki, Novoya Zemlya adalarındakı yaşayış məntəqələrində qütb ayılarını görmək adiləşib.
Ayılar iqlim dəyişikliyinə görə qidalana bilmədiklərindən insanlar yaşayan yerlərə gəlirlər. Ağ ayılar insanların arasında gəzir, zibilliklərdə eşələnirlər, hətta evlərə belə soxulurlar. Küçələrdə ayıların görünməsindən sonra bölgədə fövqaladə vəziyyət elan olunub.
Yerli əhali qütb ayılarını vurmaq üçün məmurlardan icazə almaq istəsələr də heyvanların qoruma altında olduğu əsas gətirilərək onlara yox deyilib. Bəzi heyvanlar tutularaq vəhşi təbiətə aparılıb.