“Bu, gənclər üçün sevindirici xəbər oldu”

“Bu, gənclər üçün sevindirici xəbər oldu”

"Prezident İlham Əliyev tərəfindən sərəncamı əsasında fəaliyyətə başlayacaq Azərbaycan İpoteka Fondu ASC eyni zamanda gənclər üçün çox sevindirici bir xəbər oldu".  

"Qafqazinfo" xəbər verir ki, belə bir açıqlama ilə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edib. O bildirib ki, Azərbaycanda inhisarlaşma məsələlərinin aradan qaldırılması istiqamətində görülən bu işlərdə yararlanacaq təbəqələrdən biri də xüsusi ilə gənclərdir:

 "Məhz bu səbəbdən biz gənclər cənab Prezidentin siyasi iradəsinə arxalanırıq ki, hər zaman gənclərlə bağlı olan məsələlər ön plana çəkilir. Yeni yaradılacaq cəmiyyətin Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması köməklik göstərilməsi ilə bağlı işləri yerinə yetirilməsində ən böyük imkan gənclərin və gənc ailələrin payına düşür.Vurğulamaq yerinə düşərdi ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyinin yaradılması və fəaliyyətinə start verilməsi amilində də gənclər xüsusi yer alır. İmkanlardan istifadə gənclərin və gənc ailələrin səhiyyə ilə bağlı üzləşdikləri problemlərin tez bir zamanda həllinə yardımçı olacaqdır.

 Düşünürəm ki, gənclər üçün istifadə potensialı yüksək olan bu kimi qurumlar tez bir zamanda yeni planlarla gəncləri sevindirəcəkdir. Çünki biz gənclər cənab Prezidentin ətrafında sıx birləşmişik".


OXŞAR XƏBƏRLƏR