Bu gənc müəllim işləmək üçün Cocuq Mərcanlını seçib - FOTO

Bu gənc müəllim işləmək üçün Cocuq Mərcanlını seçib - FOTO
 

Sərhəd zonasında dərsə gedən şagirdlərin təhsilinə kömək etməyi özümə borc bildim. 

Sfera.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında bu il Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd N.Aslanov adına tam orta məktəbə yüksək balla işə qəbul olunan Könül Hacıyeva bildirib. 

Qəbələnin Tüntül kənd sakini olan gənc müəllim imtahan zamanı müsabiqədə 50 bal toplayıb və Cocuq Mərcanlıya dərs deməyə gəlib. 

K.Hacıyevanın sözlərinə görə, o, sərhəd zonasındakı uşaqlara kömək etməyi özünə borc bilib:

"Mən imtahan verən zaman topladığım balla Şamaxı, Lənkəran, Şirvan və digər rayonlarda müəllim işləyə bilərdim. Növbəti tura qatılsaydım, Bakıda da dərs demək şansım olardı. Amma qərar verdim ki, işğaldan azad olunan Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində məktəbə gedən uşaqlara dərs deyim. Fikirləşdim ki, orada uşaqların daha çox müəllimə ehtiyacı var.

Mən o vaxt universitetə hazırlaşanda repetitor yanına getmək imkanım olmayıb. Özümün müəllimə, dəstəyə ehtiyacım olub. Ona görə öz yaşadıqlarımı nəzərə alıb, buraya gəldim. Burada müəllimlərə ehtiyac var və mən öz borcumu yerinə yetirirəm”. 

Gənc müəllim deyir ki, Cocuq Mərcanlı kəndi sərhəd zonası olsa da, orada əhval-ruhiyyə yaxşıdır:

"İbtidai sinif müəllimiyəm. Burada şəraiti yaxşıdır. Məktəb rəhbərliyi də xoş münasibət göstərir. Sinfimdə 12 şagird var. Şagirdlərimə iradəli olmağı öyrədirəm. Çünki mümkün olmayan heç nə yoxdur. Hər şey insanın öz əlindədir.

İmtahana gedəndə hamı mənə deyirdi ki, repetitor yanına getmədən mümkün deyil, amma mən sübut etdim ki, hər şey mümkündür. Seçimimdən peşman deyiləm.

İşğal altında olan rayonlarımızın geri qaytarılmasını arzulayır. Gedib o ərazilərdə də dərs deyərəm”.

Qeyd edək ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad olunması ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayış mümkün olub. 




OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...