Bu gecə niyyət axşamıdır - VİDEO

Bu gecə niyyət axşamıdır -  VİDEO

Müqəddəs ay gəlib çatdı. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının Ramazan ayı ilə bağlı fətvasına uyğun olaraq bu gecə niyyət gecəsidir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Ramazan ayının sabah başlaması haqqında fətva verib. Bu isə o deməkdir ki, bu gecə oruc tutanlar üçün niyyət axşamıdır.

Niyyət axşamı oruc tutan şəxsin edəcəyi əməli özü üçün müəyyənləşdirməsi deməkdir. Bu gecə niyyət edən müsəlmanlar bir ay boyunca oruc tutacaqlarını, 11 ayın sultanı Ramazanı ibadətlə keçirəcəklərini Allah qarşısında dilə gətirirlər.

İlahiyyatçı İsmayıl Əhmədov bildirir ki, yaxşı olar ki, həmin gecədə qüsül alınsın və səhəri gün isə Allahın vacib buyurduğu Ramazanın hökümlərini yerinə yetirsin: "Ümumiyyətlə biz Quranda üç yerdə Ramazan barədə xəbər verildiyini görürük.Əl-Bəqərə sürəsinin 183-185. Növbəti dəfə Qədr sürəsində xüsusi qeyd olunur”.

Sabahdan başlayacaq Ramazan ayı islam dinində böyük önəmə malikdir. Bu ay islam dininin müqəddəs kitabı - Qurani-Kərimin nazil olduğu, dilənən diləklərin, deyilən duaların qəbul olunduğu aydır.

Ramazan günahların bağışlandığı, müqəddəs günlərin ayıdır. Fəzilətinə, xeyirinə görə İslam peyğəmbərinin 11 ayın sultanı adlandırdığı Ramazanı faydalı keçirmək vacibdir.

“Peyğəmbərimizin Ramazanla bağlı gözəl buyruqları var. Məslən, buyurur ki, Ramazan ayında günahları bağışlanmayan bir şəxs hansı günü gözləyir. Ramazan ayında insanların günahlarının bağışlanması şansı daha çoxdur”, – deyə ilahiyyatçı İsmayıl Əhmədov vurğulayıb.

Ramazan ayı boyunca oruc tutanlar üçün Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında tərtib edilən təqvim açıqlanıb.

QMİ tərəfindən təqdim edilən təqvimdə müqəddəs Ramazan ayında hər gün oxunan, eləcə də iftardan qabaq deyilən dualar yer alıb./ANS


Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...