Bu gecə 17 ağac sınıb
10:58 / 05.01.2019
3068
Bu gecə Bakıda 17 ağac sınıb. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, yanvarın 4-ü saat 21-dən sonra meriyaya güclü küləyin fəsadları ilə bağlı 17 müraciət daxil olub.
Paytaxtın müxtəlif yerlərində 16 ağac sınıb, 1 yerdə isə ağac kökündən çıxıb. Belə ki, Yasamal rayonu, Alatava qəsəbəsində çinar ağacı kökündən çıxaraq avtomobilin üzərinə düşüb. Digər 16 hadisədə isə zərər qeydə alınmayıb. O.Məmmədov bildirib ki, əməkdaşlar dünən gecədən gücləndirilmiş iş rejimində işləyiblər:
"Axşam saat 9-dan sonra bizə məlumat daxil olan kimi bir-bir ərazilərə əməkdaşlarımız baş çəkib və ağacların qırılması nəticəsində yaranan fəsad aradan qaldırılıb. Səhərə kimi bu işlər görülüb və artıq yekunlaşıb”.