Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Martın 1-də saat 10:00-dan 18:00-dək SOCAR-ın "Qaz İxrac" İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin balansında olan "Kürdmaşı" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Sfera.az SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacı Həsənli, Aşıqbayramlı, Mollaisaqlı, Qarakolluq və Hafizli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.


OXŞAR XƏBƏRLƏR