Ukraynada müharibə başladı: Xeyli sayda itki var

Ukraynada müharibə başladı: Xeyli sayda itki var
Martın 7-nə keçən gecə Ukrayna ordusunun mövqeləri separatçılar tərəfindən ardıcıl top atəşinə tutulub. Rusiya mənbələri xəbər verir ki, Ukrayna ordusu ciddi itkilər verib.
 
Sfera.az musavat.com-a istinadla xəbər verir ki, "DXR”in "informasiya nazirinin birinci müavini” Teleqram kanallarının birinə açıqlamasında Ukrayna ordusu və Prezident Vladimir Zelenski haqda aşağılayıcı tonda danışıb.


"Əsas odur ki, dayanmayaq. Zelinin (Ukrayna Prezidentini nəzərdə tutut – red.) Napoleonsayağı xoruz papağını əbədi olaraq göyə uçuraq”, – deyə, o bildirib.

Ukrayna qoşunlarının komandanlığı itkilər barədə hələ məlumat verməyib. Eyni zamanda, sosial şəbəkələrdə şahidlərə istinadən zərbə nəticəsində çox sayda Ukrayna hərbçisinin öldüyü və yaralandığı haqda bilgilər yayılır.

Mixail Xramkov adlı sosial şəbəkə istifadəçisi bu gün səhər "Rus baharı” adlı veb-saytındakı şərhində Ukrayna ordusunun 20-dən çox itkisi olduğunu, 25 nəfərin isə ağır yaralandığını, yaralıların Kiyevə aparıldığını iddia edib.

Daha bir istifadəçi Ukrayna ordusunun bir bölüyünü itirdiyini, yerli televiziyaların isə bu barədə xəbərləri gizlətdiyini yazıb. Separatçılara dəstək verənlər hərbi zərbələri davam etdirməyi tövsiyə edir, "çoxdan belə lazım idi, onların dərsi verilməlidir” kimi qızışdırıcı mövqe tutublar.

Qeyd edək ki, son günlər Ukraynanın Donbasda müharibəyə hazırlaşdığı haqda ən müxtəlif səviyyələrdə iddialar var. Ötən ay Donbasdakı qondarma qurumların vaxtilə birləşdiyi "Novorossiya parlamenti”nin sabiq spikeri Rusiya KİV-nə gözlənilən müharibə təhlükəsindən danışmış və Qarabağ müharibəsi ilə bənzətmələr etmişdi. O demişdi ki, çox güman ki, ABŞ Prezidenti Co Bayden Ukrayna məsələsinin çözümünü İngiltərənin himayəsinə verəcək. "Qarabağdakı müharibədə türklərin (Azərbaycan nəzərdə tutulur) arxasında dayanan London Donbasda da oxşar prosesi təkrarlamağa çalışacaq”.

Separatçı siyasətçi deyib ki, Kiyevdə ingilis kəşfiyyat Mi-6-nın bürosunun açılışı olub. Türk hərbi mütəxəssislər ingilislər vasitəsi ilə Ukraynaya dəvət olunub və gözlənilən müharibədə dron proqramının müzakirəsi başlayıb. "Ukraynada "Qarabağ variantı” getdikcə daha aydın görünür. Rusiya baş verənlərdən nəticə çıxarmalıdır. Xüsusilə Türkiyənin Ukraynaya tədarük etdiyi pilotsuz uçaqlarla bağlı”, – deyə, o bildirmişdi.

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna telekanalının efirində isə bildirmişdi ki, ölkənin bəzi ərazilərini itirmək təhlükəsi var. Saakaşvili işarə etmişdi ki, müharibə olacağı təqdirdə Mariupol və Xerson kimi şəhərlər də Rusiyanın nəzarətinə keçəcək. Çünki Rusiyanın platsdarm yaratmaq və Krımı su ilə təmin etmək üçün bu şəhərləri ələ keçirməyə ehtiyacı var.

Xatırladaq ki, bundan əvvəl də Ukrayna siyasətçiləri ölkənin bəzi ərazilərin itirilməsi təhlükəsi haqda xəbərdarlıq ediblər. Bunlar həm ənənəvi olaraq Rusiya ilə münasibətlərə bağlı olan şərq bölgələri, həm də rumın və macar icmalarının üstünlük təşkil etdiyi qərb bölgələrinin bir hissəsi də ola bilər.

OXŞAR XƏBƏRLƏR

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

“TikTok” ABŞ hökumətinə qarşı hüquqi mübarizəyə başlayır

“TikTok” ABŞ-dəki qadağa qanununa qarşı mübarizə aparacaq.   Sfera.az xəbər verir ki, “TikTok”un baş direktoru Şou Zi Çev söz...